Gündə 3 vaxtda namaz qılmaq olarmı və azan oxunandan nə qədər sonra namaz qılmaq olar?

    19.07.2018
Kimdən: 
Aysen
Sual: 
Salam mən namazlarımi 3 vaxtda qiliram,yeni zöhru qılıb 1 2 deq sonra əsri qılıram beləmi olmalidir?birdeki azan oxuyub qurtaran kimi qiliram gozlemeliyemmi?Allah dualarımı herzaman qəbul edir Şükürlər olsun, bunu demək istədim çünki istəyirəmki hami Allaha inanaraq ümid edərək dua etsin
Cavab: 
Va aleykum Salam. Qeyd etdiyiniz kimi namaz qılmaq doğru deyil, namaz gündə beş vaxtda qılınmalıdır. Bunu Quran və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) çox saylı hədisləri təsdiq edir. Daha ətraflı: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Əgər namazı tək qılırsınızsa, azandan dərhal sonra da qıla bilərsiniz və ya bir az gözləyib sonra qıla bilərsiniz. Əgər camaatla qılacaqsınızsa, onda azandan sonra imamla birlikdə qılmanız daha yaxşıdır.
Teqlər: 
Paylaş: