Mən seçdiyim işdə namaz qılmaq alınırmı?

    31.07.2018
Kimdən: 
....
Sual: 
Salam. Mənim 19 yaşım var.2-ci kursda tarix fakültəsində oxuyuram. Universiteti qurtaranda polisdə hər hansısa bir sahədə işləyəcəm. Namaz qılmaq istəyirəm. Bu yaxınlarda başlayım. Namaz qılmaq polislə bağlı bir işlə işləməklə alınırmı. Cavab yazsaz çoox sevinərdim. Əvvəlcədən təşəkkürlər.
Cavab: 

Va aleykum Salam. Allaha dua edirik ki, sizi İslam üzərində sabit etsin, başda namaz olmaqla xeyirli əməlləriniz sayəsində sizə dünyada və axirətdə gözəlliklər nəsib etsin və həmçinin hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız. Namaz, İslamın beş əsasından biri, kəlimeyi-şəhadətdən sonra gələn islamın ikinci rükunu və dinin dirəyidir. Necə ki, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Namaz dinin dirəyidir". (əl-Beyhaqi "Şuabul-İman", 3/39, №: 2807).
Həmçinin Uca Allah buyurur: "... namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103).
Habelə İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə göndərərkən belə demişdir: "Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Elə isə ilk əvvəl onları Allaha ibadət etməyə dəvət et. Əgər Allahı tanısalar, onlara xəbər ver ki, Allah onlara gecə və gündüz beş vaxt namaz qılmağı vacib buyurmuşdur...". (əl-Buxari, 1458; Muslim, 27, 28, 130, 132). 
Bu ayə və hədislərə nəzər saldıqda açıq-aydın bəlli olur ki, hər bir ağlı başında olan və həddi-büluğa çatan müsəlmana namaz qılmaq vacibdir. Ona görə də insan hansı vəzifədə işləməsindən asılı olmayaraq namaz qılmalıdır. Namaz qılmaq heç bir işə maneə deyil, iş də heç vaxt namaza maneə ola bilməz. Həmçinin oxuyun:
Namaz qılmayan Cənnətə girə bilərmi?
Namaz ən fəzilətli ibadətdir!
Hərbçi işləmək olarmı?
Hərbi xidmətə getməmək günahdırmı?

Paylaş: