Qadın uşağa qoyulan adla razılaşmayaraq atası evinə gedibsə, nə etməlidir?
Va aleykum Salam. Ümumən islamda uşağa ad qoymaq məsələsi valideynlərin xüsusən də atanın üzərinə düşən vəzifədir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uşağa gözəl ad vermək, dinini öyrətmək və vaxtı gələndə evləndirmək, övladın atası üzərindəki haqlarındandır". (Əbu Nuaym). Lakin sizin vəziyyətinizdə mübahisədən çıxmaq üçün ailə üzvlərinin üzərində ittifaq etdikləri və mənası pis olmayan digər bir adın seçilməsi daha uyğundur. Belə olan halda da artıq qadın Allahdan qorxmalı, verilən qərarla razılaşmalı və boşanma fikrinə düşməməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı qadın, heç bir əsaslı səbəb olmadan ərindən boşanma tələb edərsə, cənnətin iyi ona haram olar". (İbn Məcəh, 1672; Əbu Davud: 6/308, №: 2209; ət-Tirmizi, 2/329, №: 1199). Həmçinin oxuyun:
Ərimin uşağımıza mənim razı olmadığım adı qoyması doğrudurmu?
Ana razı deyilsə, uşağa babasının adını qoymaq olarmı?
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?