Namazda səcdələrin sayını unudan nə etməlidir?

    08.08.2018
Sual: 
Salam Namazi qilib qurtarmaga yaxin nece defe secde ediyimizi unutdugumuzda belkide ďuz qilmisik sehif secdeai edilirmi
Cavab: 

Va aleykum Salam. Namazda səcdələrin sayını unudan kimsə əmin olduğu sayı əsas götürməlidir. Beləliklə də, daha az sayda olanı müəyyənləşdirməklə namazına davam etsin və namazın sonunda salamdan əvvəl iki dəfə səhv səcdəsi eləsin. Salamdan sonra da səhv səcdəsi etsə qəbahət deyil.
Əbu Səid əl-Xudrinin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Sizdən biri namazında şübhə edər, üçmü yoxsa dördmü qıldığını müəyyən edə bilməzsə, şübhəni atsın və ən az rükəti əsas alaraq namazına davam etsin". (əz-Zeylai "Nasbur-Rayə", 2/174).
Həmçinin demişdir: "Sizdən biri namazda yanıldığı zaman iki dəfə səcdə etsin". (İbn Məcəh "İqamə", 129).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə demişdir: "Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki, sizdən biri namazı üç rükət yoxsa dörd rükət qıldığı haqda şübhəyə düşərsə, şübhəsini atsın və qəti olaraq bildiyi nədirsə, namazını ona görə tamamlasın. Salam verməzdən əvvəl də iki səcdə etsin. Əgər beş rükət qılıbsa, bu səcdələr namazına şəfaətçi olar. Əgər tam qılıbsa, bu iki əlavə səcdə şeytanın ondan uzaqlaşdırılmasına səbəb olar". (əl-Buxari "Səhv", 6, 7; Muslim "Salat", 19, 20; İmam Əhməd "Musnəd" 3/12, 37, 42). Həmçinin oxuyun:
Namaz qıldıqda rükət sayına görə şəkk edənin namazı batil olurmu?
Namazda hər xırda səhvə görə səhv səcdəsi etmək düzgündürmü?

Teqlər: 
Paylaş: