Evlənən şəxslər kəbin duasını özləri oxuya bilərlərmi?
Sual:
Kəbin duasını şəxslər özü oxuya bilər?
Cavab:
Salam aleykum. Səhih hədislərə görə evlilik üçün nikah bağlandıqda kəbinlə əlaqəli duaların oxunması və digər şəri ayinlərin icrası evlənənlərə yox, kəbin kəsən səlahiyyətli şəxsə (məscid imamları, dini idarə tərəfindən təyin edilmiş şəxslər və s.) həvalə edilmişdir. Heç kim özü-öz kəbinini kəsə bilməz. Kəbində həmçinin qadının vəlisi (himayədarı) və iki ədalətli şahid iştirak etməlidir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Himayədar və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyildir". (İbn Hibban, 1247). Kəbin kəsən şəxs "Xubtətul-Hacə" adlı duanı oxuyur, bu duanın oxunması müstəhəbdir, vacib deyil. Səlahiyyətli şəxs tərəfindən kəbin kəsildikdən sonra evlənən şəxs özü və ailəsi üçün Allaha dua edə bilər. Daha ətraflı:
Xutbətul-Hacə duası və tərcüməsi
Xutbətul-Hacə duası və tərcüməsi