Sağ əlim tam işləmədiyi üçün dəstəmaz alanda üzümü sol əlimlə yuya bilərəmmi?
Sual:
Salamun Aleykum. Zəhmət olmasa bu sulama cavab verərdiz. Mən uşağ olanda sağ əlim yanıb. Cəmi 70% açılır. Dəstamaz alanda suyu üzümə tam çatdıra bilmirəm, mən üzümə suyu sol əlimlə vura bilərəm? Allah razı olsun.
Cavab:
Va aleykum Salam. Belə hallarda bacardığnız şəkildə dəstəmaz ala bilərsiniz və bunda bir günah yoxdur. Uca Allah buyurur:
"...Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286).
"Allahdan bacardığınız qədər qorxun...". (ət-Təğabun, 16).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Həmçinin oxuyun: Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır? Düzgün dəstəmaz necə alınır?