Başqası ilə evli olan kişi və qadının zina etmədən görüşməsi icazəlidirmi?

    13.08.2018
Kimdən: 
anonim
Sual: 
salam alehkum sizə belə bir sual verəcəm amma cavabınız mənim üçün çox vacibdi.Ailəli iki insan zina etmədən görüşməsi günahdı??Günahsa nə dərəcədə olar??
Cavab: 
Va aleykum Salam. Naməhrəm kişi və qadının görüşməsi günahdır və bu, dünyada rüsvayçılığa, axirətdə isə Cəhənnəm əzabına aparan yoldur. Uca Allah zinaya aparan bütün yolları (görüşmək, yazışmaq, tək qalmaq və s.) qadağan edərək buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Naməhrəm kişi və qadın arasındakı söhbətdə üçüncü tərəf şeytandır". (ət-Tirmizi, 2165). Bunu edənlər gecikmədən tövbə etməli, zinaya aparan yolları bağlamağa çalışmalıdırlar. Telefonla danışmaq, yazışmaq, görüşmək və s. şeylərdən uzaq durmalı, əvəzində  Allaha ibadətləri çoxaltmalı, Quran oxumalı və imanı artıran digər əməlləri edərək şeytanın vəsvəsəsindən özlərini qorumağa çalışmalıdırlar. Daha ətraflı:
Paylaş: