Ölmüş insanın cənazə namazını 40 nəfər qılsa Cənnətlikdirmi?

    18.08.2018
Sual: 
Salam.1oluler ucun yemeye ad salirlar bu ne qeder duzdu?2"eger bir sexsin defninde 40nefer olarsa o sexs cennetlikdir"bu hedis ne qeder gercekdir?3deyirler ramazan ayi boyunca ruhlar azad olur ve her gun oz qapilarina gelir ve nese isteyirler bu dogrudurmu?4salavat cevirirken eli uze cekmek duzgundur?tesekkur edirem
Cavab: 

Va aleykum Salam.
1. "Ölü üçün yeməyə ad salmaq" ifadəsini başa düşmədik.
2. Ölmüş insanın cənazə namazını nə qədər çox adam qılsa, ölən üçün bir o qədər xeyirdir. Bu barədə gəlib çatan hədislər səhihdir. Peyğəmbər (Allahın ona vəailəsinə salavatı və salamı olsun) demişdir: "İistənilən cənazə üçün sayları yüzə çatan müsəlman bir dəstə namaz qılıb, onun bağışlanmasını diləsələr onların diləkləri məqbul sayılar". (Muslim, 2/654/ №: 947; ət-Tirmizi, 2/247/ №: 1034; ən-Nəsai, 4/75, №: 1181).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Hər hansı bir ölmüş müsəlmanın cənazəsini, Allaha şərik qoşmayan qırx nəfər qılarsa, Allah onları ölən üçün mütləq şəfaətçi edər". (Silsilətus-Sahihə, №: 2267; Muslim, 2/655/ №: 948; Əbu Davud, 8/451/ №: 3154; İbn Məcəh, 1/477/ №: 1489).
Həmçinin oxuyun: İslam fiqhi: Cənazə bölümü
3. Ramazan ayı boyunca ruhların azad olub hər gün öz evlərini ziyarət etməsi batil və şəriətlə əsası olmayan bir fikirdir. Çünki onlar bərzəx deyilən ruhlar aləmində yaşayırlar və bu dünya ilə əlaqələri yoxdur. İnsanların gözlərinə görsənən qeyri-adi şeylər isə cinlərlə əlaqədardır. Cinlər də cadugarların vasitəsilə insanlara zərər verirlər. Həmçinin oxuyun: Ruhlar haqqında
4. 
Salavat deyərkən əli üzə çəkmək dinimizdə yoxdur. Daha ətraflı: Salavat deyərkən əli üzə çəkmək barədə

Teqlər: 
Paylaş: