Üç müxtəlif sual

    13.03.2014
Kimdən: 
Arifə
Sual: 
Salam aleykum. Her vaxtiniz xeyirli olsun. 1. Secde ederken alinla birge sifetin hansi hissesi yere deymelididr? 2. Gecə namazlari qilinanda bashlangicda ne deyilmelidir? 3. Chox uzr isteyirem, eger cinsi yaxinligdan sonra men qusl aliram, yoldashim ise yox, bu zaman sadece mene deyerse, menim quslum pozulmuş olurmu? Evvelceden oz teshekkurlerimi bildirirem. Allah sizlerden razi olsun. Chox gozel ve deyerli saytdir.
Cavab: 

Aleykum salam.
1. Səcdə edərkən, alınla birgə burun da yerə qoyulmalıdır. Bu barədə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) hədisləri vardır. Peyğəmbərimiz (salləhu aleyhi və səlləm) buyurur: "Mənə yeddi əzanın üzərinə səcdə etmək əmr olundu".
Bu yeddi əzadan biri də burundur. 
2. Gecə namazında da digər namazlarda olduğu kimi həmin başlanğıc (istiftah) duası oxunur.
3. Əgər cinsiyyət üzvləri bir-birinə toxunarsa, qüsl almaq vacibdir. Başqa hallarda isə toxunduqda qüsl pozulmur. 

Paylaş: