Hamiləlik yenicə pozulubsa, oruc tutmaq olarmı?

    07.06.2018
Sual: 
Salam.hamiləlik yeni pozulubsa oruc tutmaq olarmı?
Cavab: 

Va aleykum Salam. Əgər bu pozulma hamiləliyin 81 günündən sonra olubsa, bu zaman axan qan nifas qanı sayılır və bu nifas qanı qurtarana qədər oruc tutulub namaz qılınmır. Nifas (doğuşdan sonra axan qan -- ən uzun müddəti qırx gün olur). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub ki, qadınlar heyz (aybaşı) və nifas hallarında oruc tutmazlar. (əl-Buxari və Muslim). Daha sonra tuta bilmədikləri oruclarını qəza edirlər. Əgər bu hal 81 gündən tez baş veribsə, gələn qan nifas qanı sayılmır. Bu qan istihazə qanıdır, namazlara və oruca davam etmək lazımdır. Həmçinin oxuyun:
Orucu pozan amillər hansılardır?
Heyz və nifas halında namaz qılıb oruc tutmaq olarmı?
Ramazanda heyz və ya nifas olan qadın tuta bilmədiyi orucların qəzasını tutmalıdırmı?

Teqlər: 
Paylaş: