Dişlərin arasındakı qırıntıları udmaq namazı və orucu batil edirmi?

    05.10.2018
Sual: 
salam aleykum. disin arasinda olan yemek qirintilari orucu pozurmu? cixartmaq mumkun olmasa udsaq pozularmi oruc? namaz esnasinda agizda bir sey hiss ederemse namazi saxlayib agzimdaki yemek qirintisi cixardimmi yoxsa namaza davam eib udummu?
Cavab: 

Va aleykum Salam.
1. Oruclu olan insan insan ağzında və ya dişlərinin arasında qalan qırıntıları çıxarda bilərsə, onu udması icazəli deyil. Əgər bilərəkdən öz ixtiyarı ilə dişlərin arasında qalan qırıntıları udarsa, orucu pozular. Lakin bunu bilmədən, qeyri-xitiyari edərsə və ya həmin qırıntıları ağzından çıxartması, təmizləməsi çətin olarsa, bu zaman onları udduqda orucu pozulmaz. Həmçinin oxuyun:
Orucu pozan amillər hansılardır?
2.
Əvvəlcə onu qeyd edək ki, namaz əsnasında nəsə yeyib-içmək namazı batil edir. Lakin dişlərin arasında qalan qırıntılara gəldikdə isə ümumən bu halda namaza davam etməkdə bir qəbahət yoxdur. Əgər həmin qırıntıları yüngül şəkildə ağzından kənarlaşdıra bilərsə, bunu edə bilər. Həmçinin əgər həmin qırıntılar çox az miqdardadırsa, hətta namaz əsnasında onu udması belə namazı batil etməz. Çünki bu, namazı batil edən yeyib-içmək hallarından sayılmır və o qalıqlar ağız suyu kimidir, ondan qurtulmaq çətindir. Dişlərin arasında qalan qırıntıları çıxartmaq üçün namazı saxlamağa da gərək yoxdur. Sadəcə yüngül şəkildə onun əl ilə ağızdan çıxarılması kifayət edər və beləcə insan namazına davam edər. Həmçinin oxuyun:
Namazı batil edən hallar hansılardır?
Namazda bəyənilməyən əməllər hansılardır?​​​​​​​

Teqlər: 
Paylaş: