Vəfat etmiş kişinin bacıları onun ailəsinin icazəsi olmadan onun pulundan ehsan verə bilərmi?

    14.10.2018
Kimdən: 
Leyla
Sual: 
Salam.yoldasim rehmete gedib ve ev,masin,pul qalib bize.Amma bizim fikrimizi sormadan baldizlarim yoldasimin oz pulunnan ona ehsan verirler.Ailesini adam yerine qoymadiqlari ucun biz naraziyiq bu halda verdikleri ehsan qebul olunurmu.evvelceden tesekkur edirem
Cavab: 

Va aleykum Salam. Din adına edilən əməlləri Uca Allah yalnız Quran və Sünnəyə müvafiq olduğu təqdirdə ixlaslı bəndələrindən qəbul edir. İslama görə də ehsan yaxşılıq etməyə deyilir və vəfat edən şəxs üçün müəyyən günlərə və ya əlamətlərə görə xüsusi yeməklər hazırlayaraq ehsan vermək sonradan meydana gəlmiş yeniliklərdəndir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında belə bir şey olmamış, o, nə özü bunu etmiş nə də başqalarına bunu əmr etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar". (əl-Buxari, 2034, "Kitabus-Sulhi" 2697; Muslim, 1718). Daha ətraflı:
Yas mərasimlərində ehsan yeməyi bişirməyin hökmü nədir?
Şəriətə uyğun dəfn mərasimi necə olmalıdır?
Ancaq ümumən vəfat edən insan müsəlmandırsa, onun üçün Allahdan bağışlanma diləmək, onun əvəzinə halal maldan sədəqə vermək və digər xeyirli əməllər etmək olar.
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
Həmçinin islam alimləri yekdilliklə deyiblər ki, əgər kişinin övladları varsa, bacıları, qardaşları və s. onun varisi ola bilməz. (İbn Qudamə "əl-Muğni" əsəri, 4/7; İbn əl-Munzir "əl-İcma" kitabı, səh. 18). Buradan da aydın olur ki, baldızlarınızın ərinizin malından götürüb xərcləməyə ixtiyarı yoxdur. Həmçinin oxuyun:
İslam fiqhi: Miras verilən kimsələr
İslam fiqhi: VARİSLƏRƏ DÜŞƏN VƏRƏSƏ PAYI

Teqlər: 
Paylaş: