Namaz qılmamışdan əvvəl etdiyimiz günahlar bağışlanacaqmı?
Aleykum salam. İnsan keçmiş günahlarına tövbə edib namaz qılmağa başlayarsa, onun bütün keçmiş günahları bağışlanar. Bu barədə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "İslam özündən qabaq olan günahları təmizləyir".
Tövbəyə gəldikdə isə əgər tövbə qəbul olunubsa, həmin günahın haqqını ödəməyəcəkdir. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!, Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl-Furqan, 70-71); "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: "Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (ət-Təhrim, 8). Həmçinin oxuyun:
Necə bilim ki, Allah Təala tövbəmi qəbul edib məni bağışlamışdır?
Tövbə etsəm, Allah məni bağışlayarmı?