Uşaqları sünnət etdirmək həqiqətən də İslamda varmı?

    14.10.2018
Sual: 
Salam. Oğlanları sünnət etmək doğrudan da islamda var yoxsa sonradan əlavə edilib? Bunun mənbəyi haradandır?
Cavab: 

Va aleykumSalam. Bəli, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə sünnət olunmağı vacib buyurmuş və dinimizə görə sünnət olunmaq kişinin yaradılışına yerləşdirilən fitri xüsusiyyətdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Beş şey fitrətdəndir: "Övrət yerinin tüklərini qırxmaq, sünnət olunmaq, bığları qısaltmaq, qoltuq altı tüklərini yolmaq (və ya qırxmaq), dırnaqları tutmaq". (əl-Buxari, 5439-5550; Muslim, 257-377). Habelə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) nəvələri Həsən və Huseyni (Allah onlardan razı olsun) dünyaya gəldikdən sonra yeddinci gün sünnət etdirmişdir. (əl-Beyhaqi). Həmçinin oxuyun:
Sünnət olmayan oğlan uşaqları müsəlman sayılırmı?
Körpənin doğulması səbəbilə edilən əməllər

Teqlər: 
Paylaş: