Hər dəstəmaz alanda ayağı yumamaq üçün nə etməliyik?

    14.10.2018
Kimdən: 
Mira
Sual: 
Salam.Mən bir mənbədən oxumuşdum:" peyğəmbərimiz deyib ki, hər dəstəmaz alanda ayaq yumasanda olar". Sonra mən bu haqqında bir dindardan soruşdum o da dedi ki bu qayda şiələr üçündür.Sizcə ayaq yumamaq qaydası dogrudur?Dogrudursa necə ayaq yumamagin yerinə nə edirik?Xahiş edirəm cavablandırardınız.İndidən çox sagolun.
Cavab: 

Va aleykum Salam. Şəriətə görə dəstəmaz alarkən ayaqları yumaq vacib olsa da bu, hər dəfə dəstəmaz aldıqda zəruri şərt deyil. Belə ki, dəstəmaz aldıqda ayaqlar yuyulandan sonra corab geyinirsinizsə, növbəti dəfə dəstəmaz aldıqda ayağınızı yumayıb corabınıza məsh çəkə bilərsiniz. Məshin müddəti isə müsafir üçün 3 sutka, muqim (qeyri müsafir) üçün isə 1 sutkadır. Həmçinin oxuyun:
Ayaqlara corabın üstünə məsh etmək barədə
Sünni doğrudur, yoxsa şiə?

Teqlər: 
Paylaş: