Səfa və Mərva haqda - əl-Bəqərə surəsi 158 - ci ayə

    13.08.2018
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيم

 
“Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, bilsin ki, Allah şükrün əvəzini verəndir, Biləndir”

 
قَالَ عُرْوَةُ سَأَلْتُ عَائِشَةَ - رضى الله عنها - فَقُلْتُ لَهَا أَرَأَيْتِ قَوْلَ اللَّهِ تَعَالَى {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا} فَوَاللَّهِ مَا عَلَى أَحَدٍ جُنَاحٌ أَنْ لاَ يَطُوفَ بِالصَّفَا وَالْمَرْوَةِ . قَالَتْ بِئْسَ مَا قُلْتَ يَا ابْنَ أُخْتِى إِنَّ هَذِهِ لَوْ كَانَتْ كَمَا أَوَّلْتَهَا عَلَيْهِ كَانَتْ لاَ جُنَاحَ عَلَيْهِ أَنْ لاَ يَتَطَوَّفَ بِهِمَا ، وَلَكِنَّهَا أُنْزِلَتْ فِى الأَنْصَارِ ، كَانُوا قَبْلَ أَنْ يُسْلِمُوا يُهِلُّونَ لِمَنَاةَ الطَّاغِيَةِ الَّتِى كَانُوا يَعْبُدُونَهَا عِنْدَ الْمُشَلَّلِ ، فَكَانَ مَنْ أَهَلَّ يَتَحَرَّجُ أَنْ يَطُوفَ بِالصَّفَا وَالْمَرْوَةِ ، فَلَمَّا أَسْلَمُوا سَأَلُوا رَسُولَ اللَّهِ - صلى الله عليه وسلم - عَنْ ذَلِكَ قَالُوا يَا رَسُولَ اللَّهِ ، إِنَّا كُنَّا نَتَحَرَّجُ أَنْ نَطُوفَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، فَأَنْزَلَ اللَّهُ تَعَالَى {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ} الآيَةَ . قَالَتْ عَائِشَةُ - رضى الله عنها - وَقَدْ سَنَّ رَسُولُ اللَّهِ - صلى الله عليه وسلم - الطَّوَافَ بَيْنَهُمَا ، فَلَيْسَ لأَحَدٍ أَنْ يَتْرُكَ الطَّوَافَ بَيْنَهُمَا . ثُمَّ أَخْبَرْتُ أَبَا بَكْرِ بْنَ عَبْدِ الرَّحْمَنِ ، فَقَالَ إِنَّ هَذَا لَعِلْمٌ مَا كُنْتُ سَمِعْتُهُ ، وَلَقَدْ سَمِعْتُ رِجَالاً مِنْ أَهْلِ الْعِلْمِ ، يَذْكُرُونَ أَنَّ النَّاسَ إِلاَّ مَنْ ذَكَرَتْ عَائِشَةُ مِمَّنْ كَانَ يُهِلُّ بِمَنَاةَ ، كَانُوا يَطُوفُونَ كُلُّهُمْ بِالصَّفَا وَالْمَرْوَةِ ، فَلَمَّا ذَكَرَ اللَّهُ تَعَالَى الطَّوَافَ بِالْبَيْتِ ، وَلَمْ يَذْكُرِ الصَّفَا وَالْمَرْوَةَ فِى الْقُرْآنِ قَالُوا يَا رَسُولَ اللَّهِ كُنَّا نَطُوفُ بِالصَّفَا وَالْمَرْوَةِ ، وَإِنَّ اللَّهَ أَنْزَلَ الطَّوَافَ بِالْبَيْتِ ، فَلَمْ يَذْكُرِ الصَّفَا فَهَلْ عَلَيْنَا مِنْ حَرَجٍ أَنْ نَطَّوَّفَ بِالصَّفَا وَالْمَرْوَةِ فَأَنْزَلَ اللَّهُ تَعَالَى {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ} الآيَةَ . قَالَ أَبُو بَكْرٍ فَأَسْمَعُ هَذِهِ الآيَةَ نَزَلَتْ فِى الْفَرِيقَيْنِ كِلَيْهِمَا فِى الَّذِينَ كَانُوا يَتَحَرَّجُونَ أَنْ يَطُوفُوا بِالْجَاهِلِيَّةِ بِالصَّفَا وَالْمَرْوَةِ ، وَالَّذِينَ يَطُوفُونَ ثُمَّ تَحَرَّجُوا أَنْ يَطُوفُوا بِهِمَا فِى الإِسْلاَمِ مِنْ أَجْلِ أَنَّ اللَّهَ تَعَالَى أَمَرَ بِالطَّوَافِ بِالْبَيْتِ ، وَلَمْ يَذْكُرِ الصَّفَا حَتَّى ذَكَرَ ذَلِكَ بَعْدَ مَا ذَكَرَ الطَّوَافَ بِالْبَيْتِ .
 

Rəvayət edilir ki, Urva demişdir: “Mən Aişədən (Allah ondan razı olsun) Uca Allahın: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...” (əl-Bəqərə, 158) sözü haqqında soruşdum və “Allaha and olsun ki, Səfa və Mərvəni təvaf etməyən kimsəyə günah yoxdur”– dedim. Aişə (Allah ondan razı olsun) dedi: “Sənin dediyin necə də pisdir, ey bacım oğlu! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı, şübhəsiz ki, onları təvaf etməmək günah sayılmazdı. Lakin bu ayə ənsar barə­sində nazil olmuşdur. Onlar İslam dinini qəbul etmə­mişdən əvvəl tapın­dıqları Mənat adlı bütü ziyarət etmək məqsədilə Müşəlləl deyilən yerdən yola düşər­dilər. Hər kim Mənatı ziyarət etmək məqsədilə ora gələrdisə, Səfa və Mərvəni təvaf etməyi özünə günah hesab edərdi. İslam dinini qəbul etdikdən sonra onlar Peyğəmbərdən - salləllahu aleyhi və səlləm: “Ey Allahın Elçisi, biz cahiliyyət dövründə Səfa və Mər­vəni təvaf etməkdən sıxılardıq”– deyə soruşdular və Uca Allah bu ayəni nazil etdi: “Həqi­qətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (əl-Bəqərə, 158). Aişə (Allah ondan razı olsun) dedi: “Peyğəmbər - salləllahu aleyhi və səlləm - Səfa və Mərvəni təvaf etməyi vacib buyur­muş­dur. Odur ki, heç kəs (ziyarət əsnasında) onu tərk edə bilməz”. Sonra mən (yəni, hədisi rəvayət edən Zuhri) bu haqda Əbu Bəkr ibn Abdur-Rəhmana xəbər verdim. O dedi: “Mən bu haqda heç nə eşit­məmişəm. Bəzi alimlərdən eşitdiyim yalnız budur ki, onlar deyərdilər: “(Ziya­rətə gələn) müsəlmanların hamısı Səfa və Mərvə dağlarını təvaf edərdilər. O vaxt ki, Allah Öz Kitabında Kəbəni təvaf etməyi əmr etdi, lakin Səfa və Mərvə dağları barəsində heç nə buyurmadı, əsha­bələr dedilər: “Ey Allahın Elçisi! Biz Səfa və Mərvə dağlarını təvaf edərdik. Allah Kəbəni təvaf etmək barə­sində ayə nazil etdi, lakin Səfa və Mərvə haqqında heç bir şey nazil etmədi. Məgər bu dağları təvaf etmək günahdır?” Bu vaxt Uca Allah bu ayəni nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələr­dəndir...” (əl-Bəqərə, 158). Əbu Bəkr ibn Abdur-Rahmən dedi: “Mənim bildiyimə görə bu ayə cahiliyyət dövründə Səfa və Mərvə dağlarını təvaf etməyi günah hesab edən və bir də o dövrdə bu dağları təvaf edib, lakin İslam dinini qəbul etdikdən sonra Kəbəni təvaf etmək barəsində nazil olan ayəyə əsaslanaraq, bunu günah hesab edən iki dəs­təyə cavab olaraq nazil olmuşdur”.
 
əl-Buxari, 1524, 1561, 1643, 1790; Muslim, 1277, 2241; ət-Tirmizi, 2965, 3228; Əbu Davud, 1901; ən-Nəsai, 2968; İbn Macə, 2986; Əhməd, 25947; Malik, 833; Humey­di, 231.
 

عَنْ عَاصِمِ بْنِ سُلَيْمَانَ قَالَ سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ عَنِ الصَّفَا وَالْمَرْوَةِ فَقَالَ كُنَّا نَرَى (نُرَى) أَنَّهُمَا مِنْ أَمْرِ الْجَاهِلِيَّةِ فَلَمَّا كَانَ الْإِسْلَامُ أَمْسَكْنَا عَنْهُمَا فَأَنْزَلَ اللهُ تَعَالَى {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا}

 
Rəvayət edilir ki, Asim ibn Süleyman demişdir: “Ənəs ibn Məlikə (Allah ondan razı olsun) Səfa və Mərva haqda sual verdim. O dedi: “Biz Səfa və Mərvəni təvaf etməyi cahiliyyə dövrünə aid olan əməllərdən he­sab edirdik və hətta İslama gəldikdən sonra belə bu ayə nazil ola­na qədər onları təvaf etməzdik: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...” (əl-Bəqərə, 158)”.
 
əl-Buxari, 1648, 4136, 4226, 4496. Şeyx Muqbil demişdir: “Ayənin hər iki hadisəyə görə nazil olmasına mane olan bir sə­bəb yoxdur”.