Həcc və Ümrə haqda - əl-Bəqərə surəsi 196 - cı ayə
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq verin. Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı xəstəlikdən əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir. Əmin-amanlıq içində olduğunuz təqdirdə ümrəni bitirib həccə qədər qadağan olunanlardan istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Qurbanlıq tapmayanlar isə həcc əsnasında üç gün və vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir”
عَنْ عِمْرَانَ - رضى الله عنه - قَالَ تَمَتَّعْنَا عَلَى عَهْدِ رَسُولِ اللَّهِ - صلى الله عليه وسلم - فَنَزَلَ الْقُرْآنُ قَالَ رَجُلٌ بِرَأْيِهِ مَا شَاءَ
Rəvayət edilir ki, İmran (Allah ondan razı olsun) demişdir: “Biz Allah Elçisinin – salləllahu aleyhi və səlləm - dövründə ikən “təməttu” həcci etdik. Sonra (buna dair) ayə (əl-Bəqərə, 196) nazil oldu. (Sonralar) bəziləri[1] ictihad edib öz rəylərini söylədilər”.
əl-Buxari, 1571.
عن صفوان بن يعلى بن أمية عن أبيه قال : جاء رجل إلى رسول الله متضمخ بالخلوق عليه مقطعات قد أحرم بعمرة فقال كيف تأمرني يا رسول الله في عمرتي فأنزل الله عز و جل {وأتموا الحج والعمرة لله} فقال رسول الله من السائل عن العمرة فقال أنا فقال ألق ثيابك واغتسل واستنق ما استطعت وما كنت صانعا في حجتك فاصنعه في عمرتك
Safvən ibn Yəalə ibn Ümeyyə atasının belə dediyini rəvayət edir: “Bir kişi ihram paltarını geyindikdən sonra onu ətirləyib Allah Elçisinin – salləllahu aleyhi və səlləm - yanına gəldi və dedi: “Ey Allahın Elçisi, ümrə ziyarətini necə yerinə yetirim!” Uca Allah bu ayəni nazil etdi: “Allah üçün həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin…”. (əl-Bəqərə, 196). Allah Elçisi – salləllahu aleyhi və səlləm - dedi: “Ümrə barəsində soruşan kim idi?” Yəalə: “Mən”- deyə cavab verdikdə, Allah Elçisi – salləllahu aleyhi və səlləm - dedi: “Paltarını dəyiş, bacardığın qədər yuyunub təmizlən (ihram paltarını gey) və sonra həccdə etdiyini ümrədə də et!”
ət-Tabərani “Mucəmul-Əvsat” 1815; əl-Heysəmi “Məcməuz-Zəvaid” 5251. Şeyx Muqbil səhih olduğunu bildirmişdir. Ayə qeyd edilmədən rəvayət etmişlər: əl-Buxari, 1789, 1664; Muslim, 2017.
أَنَّ كَعْبَ بْنَ عُجْرَةَ حَدَّثَهُ قَالَ وَقَفَ عَلَيَّ رَسُولُ اللهِ صلى الله عليه وسلم بِالْحُدَيْبِيَةِ وَرَأْسِي يَتَهَافَتُ قَمْلاً فَقَالَ يُؤْذِيكَ هَوَامُّكَ قُلْتُ نَعَمْ قَالَ فَاحْلِقْ رَأْسَكَ ، أَوْ قَالَ - احْلِقْ قَالَ فِيَّ نَزَلَتْ هَذِهِ الآيَةُ {فَمَنْ كَانَ مِنْكُمْ مَرِيضًا ، أَوْ بِهِ أَذًى مِنْ رَأْسِهِ} إِلَى آخِرِهَا فَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم صُمْ ثَلاَثَةَ أَيَّامٍ ، أَوْ تَصَدَّقْ بِفَرَقٍ بَيْنَ سِتَّةٍ ، أَوِ انْسُكْ بِمَا تَيَسَّرَ.
Rəvayət edilir ki, Kəb ibn Ucra (Allah ondan razı olsun) demişdir: “Hudeybiyyədə Peyğəmbər – salləllahu aleyhi və səlləm - mənim başımın üstə dayandı və başımdan bitlər töküldüyünü (görüb) soruşdu: “Bitlər sənə əziyyət verirmi?” Mən: “Bəli”– deyə cavab verdim. O (mənə): “Başını qırxdır!”– deyə buyurdu və mənim barəmdə bu ayə nazil oldu: “Sizdən xəstələnən və ya başındakı (xəstəlikdən) əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir”. (əl-Bəqərə, 196). Sonra Peyğəmbər – salləllahu aleyhi və səlləm - (ayəni izah edib) dedi: “Ya üç gün oruc tut, ya altı kasıbı yedizdir, ya da imkanın çatan qurbanı kəs”.
əl-Buxari, 1815; Muslim, 1201, 2937; Əbu Davud, 1862; ət-Tirmizi, 2973; Əhməd, 18153; İbn Macə, 3079; ən-Nəsai “Sunənul-Kubra” 4097; əd-Dəraqutni, 2783.