Ən yaxşı azuqə - təqvadır - əl-Bəqərə surəsi 197 - ci ayə

    14.08.2018
الْحَجُّ أَشْهُرٌ مَعْلُومَاتٌ فَمَنْ فَرَضَ فِيهِنَّ الْحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي الْحَجِّ وَمَا تَفْعَلُوا مِنْ خَيْرٍ يَعْلَمْهُ اللَّهُ وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُولِي الْأَلْبَابِ

 
“Həcc ziyarəti məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs həcc ziyarəti əsnasında qadınıyla yaxınlıq etməməli, günah işlər görməməli və mübahisələrə qoşulmamalıdır. Sizin etdiyiniz yaxşılıqları Allah bilir. Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!
 

عَنِ ابْنِ عَبَّاسٍ - رضى الله عنهما - قَالَ كَانَ أَهْلُ الْيَمَنِ يَحُجُّونَ وَلاَ يَتَزَوَّدُونَ وَيَقُولُونَ نَحْنُ الْمُتَوَكِّلُونَ ، فَإِذَا قَدِمُوا مَكَّةَ سَأَلُوا النَّاسَ ، فَأَنْزَلَ اللَّهُ تَعَالَى {وَتَزَوَّدُوا فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى}.

 
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Yəmən əhli həccə gedərkən özləri ilə yol azuqəsi götür­məz­dilər və belə deyərdilər: “Biz Allaha təvəkkül edirik”. Mədi­nə­yə gəlib çatdıqdan sonra isə dilənərdilər. Uca Allah da bu ayəni nazil et­di: ”Özünüzlə azuqə götürün! Ən yaxşı azuqə isə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!” (əl-Bəqərə, 197)”.
 
əl-Buxari, 1523; əl-Beyhəqi “Sunənul-Kubra” 8433, 8912, “Şuabul-İman” 1153; Əbu Davud, 1730; Səid ibn Mənsur, 347.