Dində məcburiyyət yoxdur - əl-Bəqərə surəsi 256 - cı ayə
“Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Bir qadının uşağı sağ qalmırdı. O, nəzir etdi ki, əgər övladı sağ qalsa, onu yəhudilərin yanında saxlayacaq. Bənu Nadır qəbiləsi (Mədinədən) sürgün edilərkən aralarında ənsarların uşaqları da var idi. Ənsarlar dedilər: “Biz övladlarımızı burada tərk edə bilmərik!” Uca Allah da bu ayəni nazil etdi: “Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir...” (əl-Bəqərə, 256)”.
Əbu Davud, 2682, 2684; İbn Hibban, 140; ən-Nəsai “Sunənul-Kubra” 10983, 11049; əl-Beyhəqi “Sunənul-Kubra” 18419, 19111; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 5812, 5838, 5839; İbn Kəsir, 1/682. əl-Albani səhih olduğunu bildirmişdir.