Qeyri-müsəlmanlara da sədəqə vermək olar - əl-Bəqərə surəsi 272 - ci ayə
“Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər – salləllahu aleyhi və səlləm - İslam əhlindən başqa kimsələrə sədəqə verməməyi bizə əmr etdi. Nəhayət, bu ayə nazil oldu: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz” (əl-Bəqərə, 272). Bundan sonra Peyğəmbər – salləllahu aleyhi və səlləm - hər hansı bir dinə mənsub olaraq gəlib səndən maddi yardım istəyənə sədəqə verməyi əmr etdi.
İbn Əbu Hatim “Təfsir” 2853; əd-Diya əl-Məqdisi “Əhədisil-Muxtəra” 113-114. Ali Nəsr və əl-Hilali həsən olduğunu bildirmişlər.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Səhabələr müşrik olan qohum-əqrəbalarına maddi yardım göstərmirdilər və Uca Allah da bu ayəni nazil etdi: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir...” (əl-Bəqərə, 272)”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 6202, 6233. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Səhabələr müşrik olan qohum-əqrəbalarına maddi yardım göstərmirdilər. Onlar bu haqda soruşduqda, Peyğəmbər – salləllahu aleyhi və səlləm - onlara icazə verdi və bu ayə nazil oldu: “Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz” (əl-Bəqərə, 272)”.
ən-Nəsai “Sunənul-Kubra” 10986; İbn Kəsir “Təfsir”1/ 323, 703; əs-Suyutu “Durrul-Mənsur” 3/331; əl-Bəzzar, 5042. əl-Hakim, 3128, 7264. əl-Hakim, əz-Zəhəbi, Ali Nəsr və əl-Hilali səhih olduğunu bildirmişlər.
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Ənsardan olan bir çox insanlar Qureyza və Nədir qəbiləsindən olan qohum-əqrabalarına sədəqə verməkdən çəkinirdilər və onların İslamı qəbul etmələrini istəyirdilər. Sonra bu ayə nazil oldu: “Onların doğru yola gəlməsi sənə aid deyildir...”. (əl-Bəqərə, 272).
İbn Cərri ət-Tabəri “Cəmiul-Bəyən” 6205, 6236; İbn Zəncəveyh “əl-Əmvəl” 2290; əs-Suyutu “Durrul-Mənsur” 3/332. Ali Nasr və əl-Hilali isnadının səhih olduğunu bildirmişlər.