Cənnətə düşmək üçün xanımına zülm edən kişidən razılıq almaq lazımdırmı?

    15.11.2018
Kimdən: 
Bəndə
Sual: 
Salam deyir əgər ər arvadından razı olarsa onda qadın cənnətlik dir (kişiyə də aiddir)əgər kisi icirsə və ya icməmişdə arvadı döyüb söyürsə onda qadın nə etsin nə qədər dözsədə yenə həmin isdi əgər belədirsə onda necə qadın nə etməlidir dözməlidirmiki kisi nə vaxt ondan razı olacaq ?cox sag olun
Cavab: 
Va aleykum Salam. İslam dini ailədə həm kişi, həm də qadının üzərinə müəyyən haqlar qoymuşdur. Hər bir haqq sahibi də öz üzərinə düşən vəzifəni gözəl bir şəkildə yerinə yetirməlidir. Əgər qadın islamda üzərinə düşən bütün vəzifələri yerinə yetirir və əri heç bir şəri səbəb olmadan haqsız yerə ondan narazı olursa, bu o demək deyildir ki, qadın Cənnətə girməyəcək, yaxud da Cənnətə düşməsi üçün ərinin zülmünə dözərək ondan razı olacağı vaxtı gözləməlidir. Xeyir, bu belə deyildir. Əksinə, əgər qadın islamın vacib buyurduğu əməlləri yerinə yetirər və günah olmayan məsələlərdə ərinə itaət edib onu razı salarsa, böyük savab qazanar və Cənnətə düşər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, özünü haramdan qoruyar və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol deyilər...". (İmam Əhməd, 1661).
Həmçinin demişdir: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə, Ya Allahın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır. Xəta etdiyi zaman əlini ərinin əlinin üzərinə qoyar və deyər: "Məndən razı olmayınca yatmayacağam". (Səhih əl-Mu'cəm ət-Tabərani).
Şəriətə görə kişi də öz növbəsində zövcəsinin haqlarını ödəməli, onun namusunu qorumalı, ona əziyyət verməməli və onunla xoş davranmalıdır. Bunları etmədiyi halda qohum və ya tanışlardan mötəbər insanlar ona nəsihət etməlidirlər. Həmçinin, qadın da çalışıb səbir etməli, gözəl bir şəkildə ərini haqqa dəvət edib günahlardan çəkindirməyə çalışmalı və ərinin islah olması üçün Allaha dua etməlidır. Həmçinin oxuyun:
 
Paylaş: