Mənim ürəyim təmizdir, amma bir az paxıllığım var. Necə əl çəkim?
Aleykum salam. Bundan əl çəkmək üçün bir məsələni dəqiq bilməlisiniz. O nədir? Baxın, Uca Allah hər bir insana öz ruzisini yazmışdır, insanlara nə verilirsə, hamısı Uca Allah tərəfindədir. Yəni insanlara nə çatır, nə çatmır, bu bölgünü edən Uca Allahdır. İndi baxın, əgər siz filan insanın əlindəkinə paxıllıq edirsinizsə, deməli Uca Allahın bölgüsünə etiraz etmiş olursunuz. Yəni, Uca Allah filankəsə nəsə veribsə, siz ona paxıllıq etməyiniz ilə artıq Uca Allahın ruziləri bölməsinə qarşı çıxmış olursunuz. Bu da çox təhlükəli işdir. Çalışın ki, heç kimə paxıllıq etməyəsiniz. Əbu Hureyrə və Ənəs ibn Malikin (Allah onlardan razı olsun) rəvayət etdiklərinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurub: "Od taxtanı yandırıb məhv etdiyi kimi, paxıllıq da savabları yandırıb məhv edər". (əl-Buxari "ət-Tarix", 1/1/272; Əbu Davud, 4903, 4905; İbn Məcəh, 4210; əl-Bəzzar, 15/115; əl-Beyhaqi "Şuabul-İman", 9/10, №: 6184).
Paxıllıq etmək günahdır, ona görə çalışın paxıllıq etməyin. Həmçinin bunları da oxuyun:
Paxıllıq haqqında
Kiminsə malında gözüm qalırsa, bu mənim üçün günah sayılır?