Nəzir haqda
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قالَ الله تَعَالَى: لاَ يَأْتِي ابْنَ آدَمَ النَّذْرُ بِشَيْءٍ لَمْ أَكُنْ قَدْ قَدَّرْتُهُ وَلَكِنْ يُلْقِيهِ النَّذْرُ إِلى الْقَدرِ وَقَدْ قَدَّرْتُهُ لَهُ أَسْتَخْرِجُ بِهِ مِنَ الْبَخِيلِ فَيُؤْتِينِي عَلَيْهِ مَا لَمْ يَكُنْ يُؤْتِينِي مِنْ قَبْلُ
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Uca Allah buyurur: “Adəm övladının etdiyi hər bir nəziri Mən əzəldən təqdir etmişəm. Onun nəzir etməsi qədəri dəyişmir, çünki Mən bunu əzəldən təqdir etmişəm. Mən bunu sadəcə xəsis adamdan çıxardıram. O, əvvəlcədən Mənə verməli olduğunu sonradan verir”.[1]
[1] Əhməd, 7499, 7807, 8137. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 4334) səhih olduğunu bildirmişdir.