Bilməyərək bir müddət möhürlə qıldığım namazlar qəbul olunurmu?

    16.11.2018
Sual: 
Salam,size sualim beledir,men 1 ildir namaz qiliram ,indiye qeder mohurle namaz qilmisam indi bu saytda bunun yalnis oldugunu bidet odugunu deyirsiz,beli Peygemberimiz mohursuz namaz qilmisdir amma bir mesele varki Peygemberimiz torpaq uzerunde namaz qilmisdir buna gorede alni mohure qoymaq ehtiyac olmamisdir biz xalca uzerinde namaz qildigimiza gore alnimizda torpaga deymir buna gorede namAz mohurle qilinir, indi bilmirem mohurle namaz qılmaq duzdur yoxsa yalnisdir?eyer sehvdirse men 1 il erzinde namazim batil olmus olurmu?xahis edirem cavab yazardiz ,ALLAH RAZİ OLSUN cox sag olun
Cavab: 
Və aleykum Salam. Möhürlə namaz qılmaq doğru deyildir, çünki bunu nə Peyğəmbərimiz, nə də səhabələr etmişdir. Həmçinin, səhih hədislərə əsasən Peyğəmbər (salləllahu aleyhi və səlləm) təkcə torpaq üzərində deyil, eləcə də həsirin üzərində də namaz qılmışdır. Ənəs ibn Malik rəvayət edir ki, nənəsi Muleykə Peyğəmbəri onun üçün hazırladığı yeməyə dəvət etmişdi. Peyğəmbər yeməyi yedikdən son­ra dedi: "Durun, sizə namaz qıldırım". Ənəs dedi: "Mən, çox istifadə olunduğundan qaralmış həsirimizə yaxın­laşıb üstünə bir az su səpdim. Sonra Peyğəmbər onun üstündə na­maza durdu. Mən yetim (Dumeyra) ilə birgə onun arxasında durdum, nənəm də bizim arxamız­da durdu. Peyğəmbər bizə iki rükət namaz qıldırdıqdan sonra çıxıb getdi". (əl-Buxari, 380). 
Möhürlə namaz qılmaq sonradan dinə salınan bidətdir (yenilikdir). Bu haqda səhih mənbələrdə (Qurani Kərim, səhih hədislər) heç bir məlumat yoxdur. Bilmədən namazı səhv qıldığınıza görə sizə heç bir günah yoxdur. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Daha ətraflı:
 
Paylaş: