Cənamazla namaz qılmaq olarmı?
Sual:
as salamu aleykum ve rehmetullahi ve bereketu.peygemberimiz sallallahu eleyhim ve sellem can namaz ile namaz qilmasi barede hedisi varmi? ve birde evde namaz qilmaq duzgundurmu yoxsa yox?peygemberimiz sallallahu eleyhim ve sellem nece edib?Allah razi olsun
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Peyğəmbər (salləllahu aleyhi və səlləm) harada olursa-olsun, namazın vaxtı girən kimi qılmağı sevərdi. O (salləllahu aleyhi və səlləm) belə demişdir: "...Yer üzü mənim üçün səcdəgah edildi...". (əl-Buxari "Namaz" 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; Əhməd, 3/304; əd-Darimi "Namaz" 1389). Digər bir hədisdə isə belə buyurmuşdur: "Hamam və qəbirstanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (Səhih Sünən İbn Məcəh, №: 606; Əbu Davud:, 2/158, №: 488; İbn Məcəh, 1/246, №: 745; ət-Tirmizi, 1/199, №: 316). Digər bir hədisdə isə bildirilir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) həsir cənamaza səcdə edərdi". (əl-Buxari). Müxtəlif hədislərə əsasən Peyğəmbər (salləllahu aleyhi və səlləm) örtüyün, həsirin, torpağın, qumun və s. təmiz olan, nəcisə bulaşmamış şeylərin üzərində namaz qılmışdır. Həmçinin oxuyun: Məgər Səhih Müslimdə keçən hədis, namazı möhürlə qılmağa dəlil deyil?
- Evdə namaz qılmaq düzgündür. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Evlərinizdə namaz qılın və onları qəbirstanlığa döndərməyin!" (Muslim, 1817).