Quran oxuduqda yadımda qalmır, oxuduqlarımı unutmamaq üçün nə edim?
Sual:
Salam aleykum. Men Quran oxuyuram, amma yadimda heç nre qalmir. Amma ara-sira yadimda qalir. Men nə edim ki, yadimda qalsin. Allah sizden razi olsun!
Cavab:
Aleykum salam. İlk olaraq Uca Allaha dua edin ki, Quran sizin yadınızda qalsın. Sonra isə günahları tərk edin ki, Uca Allah da sizin yaddaşınızı gücləndirsin. Əks halda insan günah işlədərək Quranı əzbərləyə bilməyəcəkdir. Həmçinin, Quran oxumağın özü hafizəni gücləndirir. Uca Allah Quranı yada salmaq üçün asanlaşdırmışdır. O buyurur: "Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?" (əl-Qamər, 17). Daha ətraflı: Yaddaşı gücləndirmək üçün nə etmək lazımdır?