Yoldaşı evə haram qazanc gətirdiyinə görə qadının dünyaya övlad gətirmək istəməməsi doğrudurmu?

    16.11.2018
Kimdən: 
Allah Bendesi
Sual: 
Esselamun Aleyküm Sualım Budur ki, bir genc Aile var 4 ildi evlidiler lakin uşaqları yoxdu, daha dogrusu qadın isdemir, cunki yoldaşı faiz işle meşgul olur, oda deyir men övlad dunyaya getirsem faizin cezasını niye ceksin?.. qadın dindardır yoldaşıda namaz qılır lakin haram yeyir qadın bundan cekinir yoldaşınıda başa salmaq isdir amma yoldaşı ona ehemiyyet vermir ve qadınlada maraqlanmır kobut biridi biraz Ata Anasına kobud davranır, ve qadın duşunur yoldaşı haqqı valiedin olub hetda birdefe Atasını ele incitdi Atası Dua etdiki seninde övladın olsun elediylerivi sene yaşatdırsın, qadında isdemir bu sebeblerden övladı olsun, lakin yoldaşı isdeyir, öyrenmek isderdim qadın dogrumu edir?
Cavab: 
Va aleykum Salam. Sələmlə pul qazanmaq haramdır və böyük günahdır. Uca Allah buyurur: "Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar... Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!" (əl-Bəqərə, 275-276).
Lakin, ərinin günahına görə qadının dünyaya övlad gətirməkdən imtina etməsi doğru deyildir. Çünki, dünyaya övlad gətirmək kişinin qadını üzərində olan haqqı və evliliyin ən mühüm məqsədidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) kişilərə sevən və uşaq dünyaya gətirən qadınlarla evlənməyi buyurmuşdur. Həmçinin demişdir: "Diqqət edin! Sizə qadınlarınızdan Cənnətlik olanlarını xəbər verimmi? Biz dedik: "Əlbəttə, Ya Allahın Rəsulu". Buyurdu ki: "Onlar sevən və doğar qadınlardır...". (Səhih Mu'cəm ət-Tabərani).
Həmçinin, həyat yoldaşınıza bəddua edildiyinə görə övlad sahibi olmaqdan qorxmayın, çünki hər kəs etdiyinin cəzasını özü çəkər. Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18); "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz...". (əl-İsra, 15).
Əbu Ramsə (Allah ondan razı olsun) nəql edir ki, oğlumla birlikdə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) yanına gəldim və Allah Rəsulu da məndən: "Bu sənin oğlundur? – deyə soruşdu. Mən də: Bəli, Ey Allahın Rəsulu, mənim oğlumdur. Oğlum olduğuna da șəhadət edirəm, – deyə cavab verdim. Peyğəmbərimiz: Nə sən oğlunun etdiyi günaha görə qınanacaqsan, nə də oğlun sənin xətalarına görə qınanacaq" - dedi..." (Əbu Davud, 2/575; Musnəd İmam Əhməd, 2/226). Həmçinin oxuyun:
 

 

Paylaş: