"Ümmətin üçün üç şeydən birini seç"- hədisi
Suheyb[1] (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - salləllahu aleyhi və səlləm - Huneyn günləri Fəcr namazından sonra dodaqlarını nə isə (deyərək) tərpədirdi. Biz onun əvvəllər belə etdiyini görmədik. Biz dedik: “Ey Allahın Elçisi! Biz sənin əvvəllər belə etdiyini görmədik. Dodaqlarını tərpədərək bu dediklərin nədir?” O, belə cavab verdi: “Sizdən öncə yaşamış bir peyğəmbərin ümmətinin çoxluğu onu heyran etdi və o, belə dedi: “Heç vaxt, heç bir şey bunları məhv edə bilməz”. Allah ona belə vəhy etdi: “Ümmətin üçün üç şeydən birini seç; ya onların üstünə özlərindən başqa düşmən salacağıq ki, onları ayaq altına salsın; ya onlara aclıq; ya da ölüm göndərəcəyik”. O, (ümmətilə) məşvərət etdi və onlar dedilər: “Düşmənə gəlincə, bizim onlara gücümüz çatmaz. Aclığa gəlincə isə, biz ona dözə bilmərik. Lakin biz ölümü seçirik”. Allah da onlara ölüm göndərdi və üç gün ərzində yetmiş min nəfər öldü. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “(Həmin peyğəmbər) onların çoxluğunu görəndə (deyə bilmədiyini) mən indi belə deyirəm: “Allahım! Səninlə (düşmənə) hiylə qururam, Səninlə hücum edirəm və Sənin sayəndə döyüşürəm”.[2]