Cənnət və Cəhənnəm əhlinin bəzi sifətləri
İyad ibn Himər əl-Mucəşii (Allah ondan razı olsun) demişdir: “Bir gün Allah Elçisi - salləllahu aleyhi və səlləm - xütbəsində belə buyurdu: “Rəbbim mənə əmr etdi ki, Onun mənə öyrətdiyi şeylərdən bilmədiyinizi sizə bu gün öyrədim. Allah buyurur: “Quluma bəxş etdiyim malın hamısı halaldır. Şübhəsiz ki, Mən bütün qullarımı hənif (Tək Allahı qəbul edən insanlar) olaraq yaratdım. Sonra şeytanlar qullarımın yanına gəlib onları öz dinlərindən uzaqlaşdırdılar. Mənim onlara halal buyurduğum nemətləri haram etdilər və onlar haqqında heç bir dəlil-sübut nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər. Allah yer əhalisinə nəzər saldı və Kitab əhlindən (Tək-Allahlıq etiqadında) qalmış kimsələr istisna olmaqla (yer üzərindəkilərin) ərəbinə də, əcəminə də qəzəbi tutdu. Uca Allah buyurdu: “Mən səni, həm sənin özünü imtahan etmək, həm də sənin vasitənlə (qullarımı) imtahana çəkmək üçün göndərdim və sənə su ilə silinməz (yəni qəlblərdə hifz olunan) Kitab nazil etdim. Onu yuxuda və oyaq ikən oxuyursan”. Allah mənə Qureyşi yandırmağımı əmr etdi. Mən dedim: “Ey Rəbbim! Onlar mənim başımı əzərlər və onu qurd-quşa yem edərlər”. Allah buyurdu: “Onlar səni çıxartdıqları kimi, sən də onları oradan çıxart. Onlarla döyüş, Biz sənə yardım edərik. (Allah yolunda) xərclə, sonra Biz də sənə əvəzini verəcəyik. Bir ordu göndər, Biz də (onun) beş mislini göndərərik. Sənə itaət edənlərlə birlikdə sənə üsyan edənlərə qarşı döyüş”. Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Cənnət əhli üç qismdir; Çoxlu sədəqə verməyə və adilliyə müvəffəq olmuş hakim; Həmçinin, bütün yaxınlarına qarşı kövrək qəlbli və rəhmli olan insan; Bir də ailə sahibi olan iffətli müsəlman”. Sonra buyurdu: “Cəhənnəm əhli də beş qismdir; Xoşagəlməz əməllərdən çəkindirəni olmayan və sizdən heç birinizin malına və əhlinə tabe olmayan zəif bir şəxs; tamahkar xain; bir fürsət tapan kimi xəyanət edən; səhər-axşam sənə hiylə gəlmək istəyən şəxs”. (Həmçinin, Allah Elçisi - salləllahu aleyhi və səlləm) paxıllığı yaxud yalanı, “əş-Şənzir və əl-Fəhhaşı”[1] da xatırlatdı”.[2]