Cənnət əhli Cənnətdə Allaha baxacaqlar
عَنْ صُهَيْبٍ عَنِ النَّبِىِّ ﷺ قَالَ «إِذَا دَخَلَ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ - قَالَ - يَقُولُ اللَّهُ تَبَارَكَ وَتَعَالَى تُرِيدُونَ شَيْئًا أَزِيدُكُمْ فَيَقُولُونَ أَلَمْ تُبَيِّضْ وُجُوهَنَا أَلَمْ تُدْخِلْنَا الْجَنَّةَ وَتُنَجِّنَا مِنَ النَّارِ - قَالَ - فَيَكْشِفُ الْحِجَابَ فَمَا أُعْطُوا شَيْئًا أَحَبَّ إِلَيْهِمْ مِنَ النَّظَرِ إِلَى رَبِّهِمْ عز و جل»
Suheyb (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Cənnət əhli Cənnətə daxil olduğu zaman Uca Allah buyuracaq: “Artırmağımı istədiyiniz bir şey varmı?” Onlar deyəcəklər: “Sən bizim üzümüzü ağ etmədinmi? Bizi alovdan xilas edib Cənnətə daxil etmədinmi?” Bunun ardından Allah pərdəni qaldıracaq. Artıq onlara özlərinin ‘Uca Rəbbinə baxmaqdan daha əziz bir şey verilməmişdir”.[1]
[1] Muslim, 297/ 181 (266, 467, 449).