"İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi"- ayəsi haqda - Ali-İmran surəsi 152 - 153 - cü ayələr

    03.10.2018
وَلَقَدْ صَدَقَكُمُ اللَّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنْكُمْ وَاللَّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ * إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَى أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَى مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
 

“Siz Allahın izni ilə düşmənləri qırıb-çatdığınız zaman, Allah sizə verdiyi vədini yerinə yetirdi. Nəhayət O, sizə arzuladığınız şeyi göstərdikdən sonra ruhdan düşdünüz, Peyğəmbərin əmri barəsində bir-birinizlə mübahisə etdiniz və asi oldunuz. İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün üzünüzü onlardan döndərdi. O, artıq sizi bağışladı. Allah möminlərə qarşı lütfkardır. O zaman Peyğəmbər arxanızdan (düşmənə yaxın olan sıralardan) sizi çağırdığı halda siz heç kimə əhəmiyyət vermədən düşməndən qaçırdınız. Allah da sizi qəminizin üstünə qəm qoymaqla cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və başınıza gələn müsibətə görə kədərlənməyəsiniz. Allah nə etdiklərinizdən xəbərdardır

 
عن عبد الله بن مسعود قال : ما كنت أرى أن أحدا من أصحاب رسول الله يريد الدنيا حتى نزل فينا ما نزل يوم أحد {مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآخِرَةَ}
 

Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Mən Allah Elçisinin – salləllahu aleyhi və səlləm - səhabələrindən bu ayə nazil olana qədər heç kəsin dünyanı istədiyini görmədim. Nəhayət, Uhud döyüşü günü bizim barəmizdə bu ayələr nazil oldu: “...İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi…” (Ali-İmran, 152)”.
 
ət-Tabərani “Mucəmul-Əvsat” 1399; əs-Suyuti “əd-Durrul-Mənsur” 4/71; İbn Əbu Hatim “Təfsir” 4330; İbn Kəsir “Təfsir” 2/136. Ali Nasr və əl-Hilali həsən li-ğeyrihi olduğunu bildirmişlər.