“Allah kasıbdır, biz isə varlıyıq!”- deyənlərin sözünü Allah eşitdi...”- ayəsi - Ali-İmran surəsi 181 - 182 - ci ayələr
“Allah kasıbdır, biz isə varlıyıq!”– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: “Dadın yandırıb-yaxan Odun əzabını! Bu, öz əllərinizlə etdiyiniz əməllərə görədir. Yoxsa Allah qullarına zülm edən deyildir”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Allah “Kim Allaha gözəl bir borc versə (malından Allah yolunda xərcləsə)…” (əl-Bəqərə, 245) ayəni nazil edərkən yəhudilər Muhəmmədin yanına gəldilər və dedilər: “Ey Muhəmməd! Rəbbimiz yoxsuldur ki, bəndələrindən borc istəyir?!” Bu səbəblə Allah bu ayəni nazil etdi: “Allah kasıbdır, biz isə varlıyıq!”- deyənlərin sözünü Allah eşitdi...” (Ali-İmran, 181-182)”.
İbn Əbu Hatim “Təfsir” 2429, 4588; əş-Şəukani “Fəthul-Qadir” 2/61; əs-Suyuti “Durrul-Mənsur” 4/161. Ali Nəsr və əl-Hilali həsən olduğunu bildirmişlər.