Qüsl aldıqdan sonra namaz qılınırmı?
Salam aleykum. Dəstəmaz aldıqdan sonra iki rükət nafilə namaz qıla bilərsiniz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: "Hər kim dəstəmaz alar, dəstəmazı gözəl edər, sonra qalxıb iki rükət namaz qılarsa və bu iki rükətə qəlbi ilə yönələrsə, o kimsəyə cənnət vacib olar". (əl-Buxari "Dəstəmaz", 24; Muslim "Təharət", 5, 6, 17; Əbu Davud "Təharət", 65).
Həmçinin, Rəsulullah (salləllahu aleyhi və səlləm) Bilaldan (Allah ondan razı olsun) soruşmuşdur: "İslama girəndən sonra ən yaxşı əməlini mənə de, çünki mən Cənnətdən sənin ayaq səslərini eşitdim". Bilal dedi: "Ən dəyərli əməlim, hər gün səhər və axşam dəstəmaz alandan sonra namaz qılmağımdır". (əl-Buxari "Gecə namazı" kitabı, 250; ət-Tirmizi, 3689).
İslam alimlərinə görə səhih hədislərdə dəstəmaz aldıqdan sonra nafilə namaz qılmaq qüsla və təyəmmümə də aid edilir.