"əl-İxlas surəsi Quranın üçdə birinə bərabərdir" hədisi necə başa düşülməlidir?

    29.11.2018
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum. Bər hədisdə rəvayət olunur ki. İxlas surəsi Quranın üçdə birinə bərabərdir. Bu hədis necə başa düşülməlidir? Yəni üç dəfə oxumaq bütün Quranı oxumaq kimidir? Allah razı olsun
Cavab: 
Və aleykum Salam. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "De: "O Allah Təkdir!" (əl-İxlas) surəsi, Quranın üçdə birinə bərabərdir".  (Muslim, 811; əd-Darimi, 3431).
əl-İxlas surəsi həm savab, həm də məna baxımından Quranın üçdə birinə bərabərdir. Çünki, bu surə Quranın üç hissəsindən birini özündə cəm edir. Belə ki, Quran mövzu baxımından üç hissəyə bölünür. Bunlar: 1. Tövhid, Allahın tək və şəriksiz olması, ad və sifətlərinin kamil olması, 2. Şəriət hökmləri, 3. Keçmiş və gələcək haqda olan xəbərlərdir. Lakin, əl-İxlas surəsi Quranın üçdə birini əvəz etmir və üç dəfə oxumaqla onun yerinə keçmir. Sadəcə onu oxumaqla Quranın üçdə bir savabı əldə edilir. Həmçinin oxuyun:
Quranın üçdə birinə bərabər olan surə (əl-İxlas surəsi)
Fatihə və İxlas surələrinin digər adları hansılardır?

 

 

Teqlər: 
Paylaş: