Siğə ilə bağlı saytınızda yazılanlarla razı deyiləm...

    17.12.2018
Sual: 
salam sizin burda yazdığınız siğə barədə məlumatlar çox yalnışdı gözləl dimizi İslamda heç kəs öz ağlına nəzərən fətva verə bilməz o ki, qaldı Xeybər döyüşündə siğənin haram olmasına o da həmin döyüş ərəfəsində ola bilər lakin ondan sora siğənin hala olaması barədə səhin buxaridə bir çox hədislər var həmçinin ele bu cür əhli süünə kitablarındada. Siqə haqda quranda ayede nazil olun bunu bütün islam ümməti çox gözel bilir nisa surəsi 24 cü ayə. Heç kim Allahın kitabın və Hz.Muhəmmədin sünnəsin inkar ede bilməz və insanlara yalnış çatıra bilməz bu çox pis əməldir xahiş olunur insanları düzgün marifləndirin.
Cavab: 
Və aleykum Salam. Siğə müəyyən məbləğ müqabilində müvəqqəti bağlanan nigahdır. Müvəqqəti nikaha əvvəllər icazə verilsə də sonradan qadağan edilmişdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Xeybərin fəthi günü Peyğəmbər (salləllahu aleyhi və səlləm) siğəni və eşşəyin ətini yeməyi haram buyurmuşdur. (əl-Buxari, 3979; 4216; Muslim, 1407). Bu cavabları oxuyun:
Paylaş: