Nəyə görə siğə etmək olmaz?

    07.03.2014
Sual: 
Salam aleykum. Sualim beledir. Sige etmek niye olmaz ki? Peygembermizin vaxtinda sigeye icaze verilmishdi. Sonra Ömer İbni Xettab bu qanunu deyishik dedi ki, sige etmek olmaz! Yeni bele çıxır ki, peygemberin qoydugu qanunu, Ömer İbni Xettab esassiz chixarib bu qanunu tapshirib? Bes Quranın Nisa suresinin 24-cu ayesinde sige haqqında yazilmışdır. Biz indi hansına inanaq? Ömer İbni Xattaba, yoxsa Peyğəmbərimizə?
Cavab: 

Aleykum salam. Siğə etmək ona görə olmaz ki, bunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bizə qadağan etmişdir. Düzdür, siğə bir vaxt icazəli olmuşdur, lakin sonralar Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bunu qadağan etmişdir. Bunun Ömər ibn Xəttabla (Allah ondan razı olsun) heç bir əlaqəsi yoxdur. Bu barədə Peyğəmbərimizdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhih hədis rəvayət edilir. Muslimin "Səhih" əsərində Səbra ibn Məbəd əl Cuhənidən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə deyilir ki, Məkkənin fəthi günü o, Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə olarkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ey insanlar, vaxtilə mən sizlərə qadınlarla müvəqqəti nikah bağlamağa icazə vermişdim. Artıq Uca Allah bu əməli Qiyamət gününədək haram buyurmuşdur. Qadınlarla müvəqqəti nikahda olanlar həmin qadınları buraxsınlar. Onlara verdiklərinizi isə geri almayın".
Bu hədis dəlalət edir ki, siğə haramdır və bunu Ömər ibn Xattab (Allah ondan razı olsun) yox, Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) açıq-aydın şəkildə qadağan etmişdir. Həmçinin Allah Təala Qurani Kərimdə möminlərin sifətlərini vəsf edərkən belə buyurur: "O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar". (əl-Mu'minun, 6-7).
Təfsirlər alimlərinin ittifaqına görə bu ayə də onu göstərir ki, siğə etmək olmaz. Quranın "ən-Nisə" surəsinin 24-cü ayəsində isə söhbət siğədən getmir. Bu ayə bəzilərinin iddia etdiyi kimi müvəqqəti nikah (siğə) haqqında deyil, evlilik barəsindədir. Uca Allah "ən-Nisə" surəsinin 4-cü ayəsində buyurur: "Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!" (ən-Nisə, 4). 
Göründüyü kimi burada söhbət mehrdən gedir. Uca Allah "ən-Nisə" 24-də isə buyurur: "...(Evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin...". (ən-Nisə, 24).
Burada da söhbət qadınla nikaha girdikdə onun mehrini verməkdən gedir. Uca Allah başqa bir ayədə buyurur: "Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar". (ən-Nisə, 21).
Ayədə göstərilir ki, yaxınlıq etmək mehri tam şəkildə verməyi vacib edir. Yuxarıdakı ayələr də bu qəbildəndir. Uca Allah buyurur: "Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!" (ən-Nisə, 4).
Başqa bir ayədə isə buyurur: "...Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz...". (əl-Bəqərə, 229).
İnşallah güman edirəm ki, məsələ sizə aydın oldu. Həmçinin oxuyun:
Xristianla siğə etmək olarmı?
Evli kişi siğə edə bilərmi?
Siğəni halal görənlərə cavab
Siğə haqqında
Şəhvət hissimi saxlaya bilməsəm, siğə edə bilərəmmi?
Siğə ilə bağlı saytınızda yazılanlarla razı deyiləm...

 

Paylaş: