Namazda "Əmin" demək
əl-Fatihə surəsini oxuyanın sonda “Əmin” (“ə” saitini uzatmaqla) deməsi müstəhəbdir. Həmçinin, “ə” saiti qısaldılaraq da deyilir. Mənası isə: “Allahım, qəbul et!” deməkdir. Buna dəlil isə İmam Əhməd, Əbu Davud və ət-Tirmizinin Vail ibn Hucrdan rəvayət etdikləri bu hədisdir. Hədisdə Vail ibn Hucr y deyir: “Peyğəmbərin r “Ğeyril məğdubi aleyhim Valaddaalliin” (qəzəbə uğramışların və azmışların yoluna deyil!) oxuduqdan sonra səsini qaldıraraq “Əmin” dediyini eşitdim”.[1] ət-Tirmizi demişdir: “Hədis “həsən”dir. Hədis həmçinin, Əli, İbn Məsud və başqalarından da rəvayət olunub”.
Əbu Hureyradan y rəvayət olunan hədisdə isə deyilir: “Peyğəmbər r “Ğeyril məğdubi aleyhim Valaddaaliin” (qəzəbə uğramışların və azmışların yoluna deyil!) ayəsini oxuduqdan sonar “Əmin” deyərdi. Səsini yaxınlığındakı birinci sırada duranlar eşidirdi“.[2] Hədisi Əbu Davud, İbn Məcə “səsdən məscid titrəyərdi” əlavəsi ilə və əd-Daruqutni rəvayət etmişdir.[3] əd-Daruqutni “Bu həsən isnaddır” demişdir.
Bizim (Şafii) məzhəbin mənsubları və qeyriləri demişlər: “əl-Fatihə surəsindən sonra “Əmin” demək namazın xaricində olanlar üçün müstəhəbdir, namaz içində olanlar üçün isə “təkid olunmuş sünnədir”.[4] Hər bir halda istər tək qılsın, istər namazda imam olsun, istərsə də imam arxasında namaz qılan olsun. Dəlil isə iki Səhih kitabda (əl-Buxari və Muslimdə) Əbu Hureyradan y rəvayət edilən hədisdə Peyğəmbər r demişdir: “İmam “Əmin” deyəndə, siz də ”Əmin” deyin! Bilin ki, kimin “Əmin” deməsi mələklərin “Əmin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.[5] Muslimdə gələn hədisdə isə Peyğəmbər r demişdir: “Sizdən biri namazda “Əmin” deməsi mələklərin səmada “Əmin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar”.[6] Səhih Muslimdə Əbu Musadan y gələn hədisdə Peyğəmbər r demişdir: “İmam namazda “Valad-daalliin” deyərkən siz “Əmin” deyin. Allah duanızı qəbul edər”.[7]
Malikilər deyirlər ki: “İmam, amin deməz, ancaq imama uyanlar amin deyərlər. Malikin Əbu Hureyradan y rəvayət etdiyi hədisdə Allah Elçisi r belə demişdir: “İmam “Valad-daalliin” dəyərsə siz “Əmin”- deyin!” Malikilər həmçinin əvvəl qeyd etdiyimiz əl-Buxari və Muslimdə gələn Əbu Musanın “İmam “Əmin” dedikdə, siz də “Əmin deyin” hədisinə də istinad etmişlər. Hədisdən görünür ki, Peyğəmbər r “Ğeyril məğdubi aleyhim Vələddaallain” (qəzəbə uğramışların və azmışların yoluna deyil!) ayəsini oxuduqdan sonra “Əmin” deyərdi.[8]
Bizim (Şafii) məzhəbin mənsubları imamla namaz qılanın səsli namazlarda “Əmin” sözünün səslə, yoxsa səssiz deyilməsində fikir ayrılığına düşmüşlər. İxtilafın xülasəsi belədir: “Əgər imam “Əmin” deməyi unudarsa, yekdil rəyə görə imamın arxasında duran “Əmin” sözünü səslə deyir. Əgər imam səslə “Əmin” deyərsə, Şafii məzhəbinin yeni[9] rəyinə görə imamın arxasında duran “Əmin” sözünü səssiz deyir. Bu rəy həmçinin, Əbu Hənifənin və İmam Malikdən rəvayət olunan bir rəyidir. Çünki onlara görə “Əmin” bir zikrdir və namazdakı digər zikrlər kimi o da uca səslə deyilməz. Şafiinin köhnə rəyinə görə isə imamın arxasında duran “Əmin” sözünü səslə deyir. Bu həmçinin, İmam Əhməd ibn Hənbəlin və İmam Malikdən gələn başqa bir rəvayətdir. Dəlil isə ötən hədisdir: “(”Əmin”) səsindən məscid titrəyərdi”. Bizim (Şafii məzhəbinin) bu mövzuda üçüncü bir rəyi də var. Bu da “Əgər məscid kiçikdirsə, imamın arxasında duranlar “Əmin” sözünü səslə demir, çünki onlar imamın qiraətini eşidirlər. Əgər məscid böyük olarsa, imamın arxasında duranlar “Əmin” sözünü uca səslə deyərlər ki, məscidin arxa cərgələrində olanlara imamın “Əmin” deməsini çatdırsınlar. Ən doğrusunu Allah bilir.