“Nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların yoluna deyil!”
Yuxarıda qeyd etdiyimiz hədisidə ifadə edildiyi kimi qul: “Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox”- dedikdə, Allah buyurur: “Bu, qulumundur, quluma dilədiyi veriləcək!”
Uca Allahın: “nemət bəxş etdiyin şəxslərin yoluna” sözü “doğru yol”un təfsiridir. Ərəb dilçiləri bunu “bədəl” (təyin) adlandırır. “Ətfi-bəyan”[1] olması da icazəlidir. Şübhəsiz ki, ən doğrunu Allah bilir.
Allahın nemət bəxş etdiyi kəslər ən-Nisa surəsində qeyd olunan olunan kəslərdir. Uca Allah buyurur: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər” (ən-Nisa, 69-70).
Uca Allahın: “qəzəbə uğramışların və azmışların yoluna deyil!”-sözü, yəni: “Bizi doğru yola yönəlt, yuxarıda vəsf olunan nemət verdiklərinin yoluna. Onlar hidayət əhli və doğru yolda olanlardır. Onlar Allaha və Peyğəmbərinə r itaət edərlər, əmrlərini yerinə yetirib, qadağalarını tərk edərlər. “Qəzəbə uğramışların yoluna deyil!” Onlar niyyətlərini korlamış kəslərdir. Haqqı bildikdən sonra ondan üz çevirmişlər. “Azmışların yoluna deyil!” Onlar elmi itirmişlər, azğınlıq içində sərgərdan dolaşarlar. Haqqı əsla tapa bilməzlər. Burada cümlə لاَ “lə” inkar ədatı ilə gücləndirilmişdir. Bunda məqsəd arada iki səhv yolun olduğunu bildirməkdir. Bunlar yəhudi və xaçpərəstlərin yoludur.
Bəzi ərəb dilçiləri buradakı “deyil” ədatının istisna ədatı olduğunu iddia etmişlər. Belə olarsa, istisna cümlə “munqati”[2] (əlaqəsiz) olur. Çünki “qəzəbə uğramışlar və azmışlar” nemət verilən kəslərdən istisna olunur və onlarla eyni növdən deyillər. Lakin bizim qeyd etdiyimiz məna daha uyğundur. Bəzi ərəb dilçiləri bu ayədə لاَ inkar ədatının “zəid”[3] olduğunu və ayənin təqdirinin “qəzəbə uğramışların və azmışların yolundan başqa!” şəklində olduğunu söyləmişlər. Lakin bizim əvvəl qeyd etdiyimiz məna daha doğrudur. Bunun üçün Əbu Ubeyd əl-Qasim ibn Səlləm “Quranın Fəzilətləri” adlı kitabında Ömər ibn Xattabdan y nəql etmişdir ki, o bu ayəni: “Ğayril-məğdubi aleyhim va gayrid-dallin” (qəzəbə uğramışların yoluna deyil və azmışların yoluna deyil!) kimi oxumuşdur. Əsərin isnadı səhihdir. Ömərin y bu ayəni belə oxuması təfsir məqsədi daşıyır. Bu da göstərir ki, bizim söylədiyimiz kimi لاَ “lə” ədatı inkarın təkidi üçün gətirilmişdir. Məqsəd isə iki yol arasında fərq olduğu bilinsin və hər ikisindən də uzaq durulsun.
Həqiqətən, iman əhlinin yolu haqqı bilib, ona əməl etməyi özündə birləşdirir. Yəhudilər əməl etməyi itirmişlər, xaçpərəstlər isə elmi itirmişlər. Bu səbəbdən yəhudilər qəzəbə düçar olanlar, xaçpərəstlər isə azğınlığa düşənlərdir, çünki haqqı bilib ona əməl etməyənlər qəzəbə layiqdir. Haqqı bilməyənin halı isə fərqlidir. Xaçpərəstlər yolunu bilmədikləri bir şeyi etməyə çalışmışlar, çünki işə lazımi yerdən yanaşmamışlar. Lazım olan isə haqqa tabe olmaqdır. Onlar bunu itirmişlər. Yəhudi və xaçpərəstlərin hər ikisi həm qəzəbə uğramış, həm də azmışlardır. Lakin qəzəbə düçar olmaq yəhudilərə xas olan xüsusiyyət, azmaq isə xaçpərəstlərə xas olan xüsusiyyətdir. Hədislər və əsərlər belə varid olmuşlar.
İmam Əhməd S rəvayət edir ki, Adiy ibn Hatim y demişdir: “Peyğəmbərin r atlıları gəlib bibimi və bir neçə insanı götürdülər. Onları gətirib Peyğəmbərin qarşısında bir səfə düzdülər. Bibim dedi: “Ey Allahın Elçisi, vəziyyət belə gətirdi ki, məsafə uzaq olduğu üçün bizim qəbilədən sənin yanına gələn olmadı. Mənim də övladım yoxdur. Yaşlı qocayam. Mənim qayğıma qalan da yoxdur. Allahın da sənə mərhəmət göstərdiyi kimi sən də mənə rəhm et!” Peyğəmbər r dedi: “Sənin adamın kimdir?” Qadın: “Adiy ibn Hatim”- dedi. Peyğəmbər r dedi: “Allah və Onun Elçisindən qaçan adam?” Qadın: “Mənə rəhm et” (Peyğəmbər r getdi və bir müddətdən sonra qayıtdı) Qayıtdıqdan sonra yanında olan bir kişi, - deyəsən Əli idi - mənə dedi: “Peyğəmbərdən r minik istə” Mən də istədim. Peyğəmbər r mənə minik verilməsini əmr etdi. Adiy dedi: “Bibim mənim yanıma gəldi və mənə dedi: “Sən (Peyğəmbərdən r uzaqlaşmağınla) elə bir iş tutmusan ki, atan heç vaxt belə etməzdi. Bax, filankəs onun yanına gəldi qənimətlə qayıtdı. Filankəs də gəldi xeyirlə qayıtdı. Mən də Peyğəmbərin r yanına gəldim. Peyğəmbər r bir qadın iki və ya bir uşaqla (məscidin) yaxınlığında dayanmışdı. (Uşaqlı qadın Peyğəmbərdən yardım istədi. Peyğəmbər r də onların ehtiyaclarını ödədi).[4] Adiy dedi: “Bildim ki, o nə Qeysər[5], nə də Xosrov[6] kimi padşahı deyil[7]. Peyğəmbər r mənə dedi: “Ey Adiy! Lə İləhə İlləllah (Allahdan başqa iabdətə layiq haqq məbud yoxdur) deməkdən niyə qaçdın? Allahdan başqa haqq məbud varmı? Allahu Əkbər (Allah ən Böyükdür) deməkdən niyə qaçdın? Allah dan böyük bir şey varmı?” Adiy dedi: “Mən İslamı qəbul etdim. Peyğəmbərin r üzünün sevindiyini gördüm. Peyğəmbər r dedi: “Həqiqətən qəzəbə uğramışlar yəhudilərdir. Azmışlar isə xaçpərəstlər”.[8] Həmçinin, hədisi ət-Tirmizi rəvayət etmiş və “həsən qarib” adlahdırmışdır.[9] Abdur-Razzaq Abdullah ibn Şəqiqdən nəql edir ki, o, Peyğəmbərdən r eşidən bir kəsdən belə rəvayət etmişdir: “Peyğəmbər r əl-Qura vadisində atının üstündə olarkən Bənu əl-Qayn qəbiləsində olan bir kişi ondan soruşdu: “Ey Allahın Elçisi! Bunlar kimlərdir?” Peyğəmbər r yəhudiləri işarə edərək dedi: “Bunlar qəzəbə uğramışlardır. Azmışlar isə xaçpərəstlər”.[10] Hədisi “mursəl” olaraq rəvayət etmişdir, çünki Peyğəmbərdən r eşidən kişinin kim olduğunu bildirməmişdir.[11]
Həmçinin, İbn Abbas, ər-Rabi ibn Ənəs, Abdur-Rahmən ibn Zeyd ibn Əsləm və başqaları bunu demişlər. İbn Əbu Hətim S demişdir: “Təfsir alimləri arasında bu mövzuda fikir ayrılılğı olduğunu bilmirəm”.
Qəzəbə uğrayanların yəhudilər, azmışların isə xaçpərəstlər olmasını deyən təfsir imamlarının sözlərinə dəlil yuxarıdakı hədis və Uca Allahın əl-Bəqərə surəsində İsrail oğullarına xitabən dediyi bu ayədir: “Allahın Öz qullarından istədiyi kimsəyə Öz lütfündən bəxş etməsinə həsəd aparmaq və Onun nazil etdiyini inkar etməklə nəfslərini satıb əvəzində aldıqları şey necə də pisdir! Onlar Allahın onlara bəslədiyi qəzəbi daha da şiddətləndirdilər Kafirlərə alçaldıcı bir əzab var” (əl-Bəqərə, 90). əl-Maidə surəsində isə buyurur: “De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Bu, Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, axirətdə yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!” (əl-Maidə, 60). Həmçinin buyurur: “İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və Allahın qoyduğu hədləri aşdıqlarına görə idi. Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların etdikləri necə də pisdir!” (əl-Maidə, 78-79).
Bu əhəmiyyətli surə yeddi ayədən ibarət olub, əzəmətli sifətləri özündə cəm edən Allahın gözəl adlarını zikr etməklə, Allaha həmd, tərif və səna ilə başlamışdır. Surə Qiyamət günündəki dönüşü xatırlatmış və qulları Allaha dua etməyə və yalvarmağa yönəltmişdir. Güc və qüvvətin yalnız Allaha aid olduğunu etiraf edib, ixlasla Allaha ibadət etməyə və ibadətdə Onu təkləşdirməyi bildirmişdir. Onun şəriki, bənzəri və ya oxşarı olmasından çəkinməyi bildirmişdir. Allahdan doğru yola, düzgün dinə yönəltməyi istəməyi buyurmuşdur. Allahdan Qiyamət günü Sirat körpüsündən keçmələri üçün, nemətlər yurdu Cənnətlərdə peyğəmbərlərin, sadiqlərin, şəhidlərin və salehlərin yanında ola bilmələri üçün dünyada doğru yolda sabit etməsini istəməyi bildirmişdir.
Bu surə Qiyamət günü salehlərlə birlikdə olmaq üçün saleh əməllərə, batil yolda olanlarla birlikdə həşr olunmamaq üçün batil yollardan çəkinməyə təşviq etmişdir. Batil yolun yolçuları qəzəbə uğrayanlar və azmışlardır. “Nemət bəxş etdiyin şəxslərin yoluna” ayəsində nemət bəxş etmənin Allaha aid olunması necə də gözəldir!
“Qəzəbə uğramışların” ifadəsində qəzəblənənin əslində Allahın olması bilinsə də ayədə qeyd olunmayıb. Necə ki, başqa bir ayədə Allah belə buyurur: “Məgər sən, Allahın qəzəbləndiyi adamlarla dostluq edənləri görmədinmi?” (əl-Mucadilə, 14). Həmçinin, Allahın Öz qədəri ilə azdırdığına baxmayaraq azğınlığı azanlara aid etməsi, belə ki, O, buyurur: “Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən” (əl-Kəhf, 17). “Allah kimi azdırarsa, ona doğru yol göstərən olmaz. Allah onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edər” (əl-Əraf, 186). Bu kimi bir çox ayələr dəlalət edir ki, hidayət vermək və azdırmaq yalnız Uca Allaha aiddir. Qədəriyyə firqəsinin və onların davamçılarının dediyi kimi deyil. Onlara görə qullar özləri hidayəti və ya zəlaləti seçib onu həyata keçirirlər[12]. Öz bidətlərinə[13] dəlil kimi Quranda mənası aydın olmayan ayələri götürüb, bu mövzuda əleyhlərinə olan açıq-aydın ayələri tərk edirlər. Bu isə zəlalət və azğınlıqda olan firqələrin halıdır. Səhih hədisdə rəvayət edilir: “Əgər mənası aydın olmayan (ayələrin) ardınca düşənləri görsən, (bil ki,) bunlar Allahın (ayədə) adlandırdığı kimsələrdir, onlardan uzaq ol!”[14] Yəni, Uca Allahın: “Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər” (Ali-İmran, 7) ayəsi nəzərdə tutulur. Allaha həmd olsun ki, Quranda heç bir bidətçi üçün doğru dəlil yoxdur. Çünki Quran haqqla batili, hidayətlə zəlaləti ayırmaq üçün gəlmişdir. Quranda heç bir ziddiyyət və ixtilaf yoxdur, çünki o, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.