Miras haqda - ən-Nisa surəsi 33 - cü ayə
“Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik. Siz də əhd bağladığınız kəslərin də paylarını özlərinə verin. Həqiqətən, Allah hər şeyə Şahiddir”.
İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik. Siz də əhd bağladığınız kəslərin də paylarını özlərinə verin. Həqiqətən, Allah hər şeyə Şahiddir” ayəsi varislər haqda nazil olmuşdur. Mühacirlər Mədinəyə gəldikdə aralarında qohumluq əlaqəsi olmadan, Peyğəmbərin onları qardaşlaşdığına görə mühacir ənsara varislik edirdi. “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik”- ayəsi nazil olduqda, onun hökmü ləğv edildi. Sonra O, buyurdu: “Siz də əhd bağladığınız kəslərin də paylarını özlərinə verin. Həqiqətən, Allah hər şeyə Şahiddir”.
əl-Buxari, 2292, 4580, 6747.