Yəhudilərin müşrikləri möminlərdən üstün saymaları - ən-Nisa surəsi 51 - 52 - ci ayələr
“Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Kəb ibn əl-Əşrəf Məkkəyə gəldikdə Qureyşlilər ona belə dedi: “Sən Mədinə əhlinin arasında ən xeyirli və ən şərəfli şəxsiyyətsən! Qövmündən ayrılıb özünü bizdən də artıq sayan bu sənbur[1] (Peyğəmbər - salləllahu aleyhi və səlləm) barəsində nə deyə bilərsən? Baxmayaraq ki, biz ziyarətgahda qulluq edirik, oranı ziyarət etməyə gələnləri su ilə təmin edirik və onlara digər xidmətlər göstəririk”. O dedi: “Siz ondan da artıq xeyirxahsınız!” Uca Allah bu ayəni nazil etdi: “Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur” (əl-Kövsər, 3). Daha sonra Uca Allah bu ayələri nazil etdi: “Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər. Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan” (ən-Nisa, 51-52)”.
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 9851; İbn Kəsir “Təfsir” 2/334. Şeyx Muqbil səhih olduğunu bildirmişdir. İsnadının mürsəl olduğunu bildirmişdir.