İxtilaf düşdükdə sünnəyə müraciət etmək - ən-Nisa surəsi 65 - ci ayə

    06.11.2018
 فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا

 
“Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”
 

عَنْ عُرْوَةَ قَالَ خَاصَمَ الزُّبَيْرُ رَجُلاً مِنَ الأَنْصَارِ فِى شَرِيجٍ مِنَ الْحَرَّةِ ، فَقَالَ النَّبِىُّ - صلى الله عليه وسلم - « اسْقِ يَا زُبَيْرُ ثُمَّ أَرْسِلِ الْمَاءَ إِلَى جَارِكَ » . فَقَالَ الأَنْصَارِىُّ يَا رَسُولَ اللَّهِ أَنْ كَانَ ابْنَ عَمَّتِكَ فَتَلَوَّنَ وَجْهُهُ ثُمَّ قَالَ « اسْقِ يَا زُبَيْرُ ثُمَّ احْبِسِ الْمَاءَ حَتَّى يَرْجِعَ إِلَى الْجَدْرِ ، ثُمَّ أَرْسِلِ الْمَاءَ إِلَى جَارِكَ » . وَاسْتَوْعَى النَّبِىُّ - صلى الله عليه وسلم - لِلزُّبَيْرِ حَقَّهُ فِى صَرِيحِ الْحُكْمِ حِينَ أَحْفَظَهُ الأَنْصَارِىُّ ، كَانَ أَشَارَ عَلَيْهِمَا بِأَمْرٍ لَهُمَا فِيهِ سَعَةٌ . قَالَ الزُّبَيْرُ فَمَا أَحْسِبُ هَذِهِ الآيَاتِ إِلاَّ نَزَلَتْ فِى ذَلِكَ {فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ}

 
Rəvayət edilir ki, Urvə demişdir: “Ənsar­dan olan bir kişi Pey­ğəmbərin - salləllahu aleyhi və səlləm - yanında Zubeyr (Allah ondan razı olsun) ilə xurma ağaclarının suvarılması üçün istifadə olunan arx barəsində mü­ba­hisə etdi. Peyğəmbər - salləllahu aleyhi və səlləm - isə dedi: “Ey Zubeyr! Öz ağac­la­rı­nı suladıqdan sonra suyu burax qonşunun bağına axsın!” Bunu eşidən ənsar qəzəblənib dedi: “Ey Allahın Elçisi, o sə­nin əmin oğlu ol­du­ğu üçün belə hökm verdin?” Peyğəmbərin - salləllahu aleyhi və səlləm - (qəzə­bin­dən) rəngi dəyişdi və dedi: “Ey Zu­beyr, su divarın dibinə çatana qədər öz ağaclarını sula, yalnız sonra suyu qonşunun bağına burax!” Zubeyr y deyir ki: “Alla­ha and olsun! Bu ayə həmin hadi­sə­yə görə nazil olub: “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar” (ən-Nisa, 65)”.
 
əl-Buxari, 2361, 4585; Muslim, 6258; Əbu Davud, 3639; ət-Tirmizi, 1363, 3027; ən-Nəsai, 5407.