İnsan sevdiyi ilə bir yerdə olacaq - ən-Nisa surəsi 69 - cu ayə

    08.11.2018
وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَئِكَ رَفِيقًا

 
“Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”
 

عَنْ عَائِشَةَ ، قَالَتْ : جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صلى الله عليه وسلم ، فَقَالَ : يَا رَسُولَ اللهِ  ، وَاللهِ  إِنَّكَ لأَحَبُّ إِلَيَّ مِنْ نَفْسِي ، وَإِنَّكَ لأَحَبُّ إِلَيَّ مِنْ أَهْلِي وَمَالِي ، وَأَحَبُّ إِلَيَّ مِنْ وَلَدِي ، وَإِنِّي لأَكُونُ فِي الْبَيْتِ ، فَأَذْكُرُكَ فَمَا أَصْبِرُ حَتَّى آتِيَكَ ، فَأَنْظُرَ إِلَيْكَ ، وَإِذَا ذَكَرْتُ مَوْتِي وَمَوْتَكَ عَرَفْتُ أَنَّكَ إِذَا دَخَلْتَ الْجَنَّةَ رُفِعَتْ مَعَ النَّبِيِّينَ ، وَإِنِّي إِذَا دَخَلْتُ الْجَنَّةَ خَشِيتُ أَنْ لا أَرَاكَ ، فَلَمْ يَرُدَّ عَلَيْهِ النَّبِيُّ صلى الله عليه وسلم شَيْئًا حَتَّى نَزَلَ جِبْرِيلُ عَلَيْهِ السَّلامُ بِهَذِهِ الآيَةِ : {وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ}

 
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) demişdir: “Səhabələrdən biri Peyğəmbərin - salləllahu aleyhi və səlləm - yanına gəlib dedi: “Ey Allahın Elçisi! Vallahi, sən mənim üçün özümdən, ailəmdən, övladımdan və var-dövlətimdən də sevimli­sən. Mən evimdə olarkən səni xatırlayıram və səni görməyənə qədər qəlbim rahatlıq tapmır. Hər ikimizin öləcəyini xatırlayanda isə düşünü­rəm ki, sən Cənnətə daxil olduqda, peyğəmbərlərə xas olan ən yüksək mərtəbədə olacaqsan. Mən isə ora daxil olsam, qorxuram bir daha səni görməyim”. Cəbrail (ona salam olsun) Allahın: “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar...” (ən-Nisa, 69) bu ayəsini nazil edənə qədər Peyğəmbər - salləllahu aleyhi və səlləm - ona bir cavab vermədi”.
 
ət-Tabərani “Mucəmus-Sağir” 52; “Mucəmul-Əvsat” 477; əs-Suyuti “Durrul-Mənsur” 4/528; İbn Kəsir “Təfsir” 2/354; əş-Şəukəni “Fəthul-Qadir” 2/172.Şeyx Muqbil, Ali Nasr və əl-Hilali hədisin həsən olduğunu bildirmişlər.