Mömini qəsdən öldürən haqda - ən-Nisa surəsi 93 - cü ayə
“Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar”
Rəvayət edilir ki, Zeyd ibn Sabit (Allah ondan razı olsun) demişdir: “əl-Furqan surəsində olan bu ayə “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz…” (əl-Furqan, 68) nazil olduqda, biz o ayədəki hökmün yumşaqlığına təəcübləndik. Biz yeddi ay beləcə qaldıqdan sonra ən-Nisa surəsindəki: “Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər…” (ən-Nisa, 93) ayəsi nazil oldu”.
ət-Tabərani “Mucəmul-Kəbir” 4736; əs-Suyuti “Durrul-Mənsur” 4/597; ən-Nəhhas “ən-Nasix vəl-Mənsux” 106. Ali Nasr və əl-Hilali səhih olduğunu bildirmişlər.