"Sizə salam verənə..." - ən-Nisa surəsi 94 - cü ayə
“Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”
Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) “…və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin…” (ən-Nisa, 94) bu ayə haqda demişdir: “Bir kişi bir dəstə müsəlmanla qarşılaşdı və salam verdi. Onlar isə onu öldürdülər və əlində olan qənimətini götürdülər. Uca Allah da bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır” (ən-Nisa, 94). O, (yəni dünya həyatının puç mənfəəti) qənimətdir”.
əl-Buxari, 4591; Abdur-Razzəq “Təfsir” 625; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 10287; əl-Nəsai “Sunənul-Kubra” 8536, 11051; əl-Bəzzər, 4955.
Rəvayət edilir ki, Abdullah ibn Əbu Hədrəd (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi - salləllahu aleyhi və səlləm - məni, Əbu Qətadə Haris İbn Ribini, Muhəlləm ibn Cusəmə ibn Qeysi və digər müsəlmanları İdəmə göndərdi. Biz orada olarkən Amir əl-Əşcəi bizim yanımızdan keçdi və bizə salam verdi. Onun əlində bir tuluq süd və başqa şeylər var idi. Biz onu saxladıq və Muhəlləm ibn Cusəmə aralarında baş vermiş narazıçılığa görə onu öldürüb dəvəsini və digər əşyalarını götürdü. Biz Peyğəmbərin – salləllahu aleyhi və səlləm - yanına gəldikdən sonra bu barədə ona xəbər verdik və Uca Allah da bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Allah yolunda döyüşə çıxdığınız zaman kiminlə vuruşacağınızı yəqin edin və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!”– deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Odur ki, kiminlə vuruşacağınızı yəqin edin! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır” (ən-Nisa, 94)”.
Əhməd, 23888, 24378; əl-Beyhəqi “Sunənul-Kubra” 18047, 18731; İbn Əbu Şeybə “Musannəf” 38168. Şueyb əl-Arnavut, Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.
İbn Həcər (Allah ona rəhm etsin) demişdir: “Məna etibarilə hər iki rəvayəti cəm edib demək olar ki, bu ayə hər iki hadisəyə şamil edilir”. İbn Həcər “Fəthul-Bari” 9/327.