“Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”- ayəsi - ən-Nisa surəsi 119 - cu ayə

    13.11.2018
وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَآمُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ آذَانَ الْأَنْعَامِ وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِنْ دُونِ اللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًا مُبِينًا

 
“Mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm". Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır”
 

عَنِ ابْنِ عَبَّاسٍ , أَنَّهُ كَرِهَ الإِخْصَاءَ , وَقَالَ : فِيهِ نَزَلَتْ {وَلَآمُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ اللَّهِ}.

 
İbn Abbas (Allah ondan razı olsun) axtalanmanı yara­maz əməl hesab edib demişdir: “Belə yaramaz işlər barəsində bu ayə “Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm” (ən-Nisa, 119) nazil olmuşdur”.
 
İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 10448, 10514, 10528; əş-Şəukani “Fəthul-Qadir” 2/218. Şeyx Muqbil səhih olduğunu bildirmişdir.