“Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə..." - əl-Maidə surəsi 54 - cü ayə

    14.11.2018
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِينِهِ فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

 
“Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir”
 

عَنْ عِيَاضٍ الأَشْعَرِيِّ، قَالَ: لَمَّا نَزَلَتْ هَذِهِ الآيَةُ: {فَسَوْفَ يَأْتِي اللَّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ} قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ:"هُمْ قَوْمُ هَذَا"يَعْنِي أَبَا مُوسَى الأَشْعَرِيَّ .

 
Rəvayət edilir ki, İyad əl-Əşari (Allah ondan razı olsun) demişdir: “Bu ayə “Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər” (əl-Maidə, 54) nazil olduqda, Allah Elşisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Onlar bu camaatdır”- yəni, Əbu Musa əl-Əşaridir”.
 
ət-Tabərani “Mucəmul-Kəbir” 14423; İbn Əbu Şeybə “Musannəf” 32927; İbn Cərir ət-Tabəri “Cəmiul-Bəyən” 12242; 12244, 12245; İbn Kəsir “Təfsir” 3/136. Ali Nəsr və əl-Hilali səhih olduğunu bildirmişlər.
 

عن جابر قال : سئل رسول الله عن قوله {فسوف يأتي الله بقوم يحبهم ويحبونه} قال هؤلاء قوم من اليمن ثم من كندة ثم من السكون ثم من تجيب

 
Rəvayət edilir ki, Cabir (Allah ondan razı olsun) demişdir: “Allah Elçisindən - salləllahu aleyhi və səlləm - bu ayə  “Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər” (əl-Maidə, 54) haqda soruşdular. O dedi: “Bunlar Yəməndən olan bir qövm, sonra Kindədən, sonra əs-Səkundan, sonra da Tucibdən olan qövmlərdir”.
 
ət-Tabərani “Mucəmul-Əvsat” 1392. Ali Nasr və əl-Hilali həsən olduğunu bildirmişlər.