Namaza başlamaq istəyirəm, Allah haqqında oxuyanda gözlərimin yaşarması nədəndir?

    13.12.2018
Kimdən: 
Azər
Sual: 
Salam əleykum,sizin işlərinizdə ugurlar arzulayıram,sualımı tezliklə cavsblqndirmagınızı xaiş edirəm.38 yaşım var,namaz qılmıram,insallah yaxın vaxtda başlamag arzusundayam,mən Allah haqqında bir kitab,və kəlimə oxuyanda aglamag tutur,xaiş edirəm bunun niyəbelə olmagını izah edərdiz mənə,əvvəlcədən təşəkkür edirəm sizə
Cavab: 
Və aleykum Salam. Biz də sizi namaza başlamanız münasibətilə təbrik edərək, Uca Allahdan xeyirli əməllərinizi qəbul etməsini, dünyada və axirətdə sizə gözəl nemətlər verməsini diləyirik. Allah haqqında eşitdikdə və ya oxuduqda gözlərin yaşarması Allah qorxusunun əlamətlərindəndir və savabı çox olan əməllərdəndir. Uca Allah möminləri vəsf edərək buyurur: "...Onlar özlərinə ər-Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır". (Məryəm, 58).
Daha ətraflı: Dua edərkən gözlərin yaşarması barədə 
Teqlər: 
Paylaş: