Namaz əsnasında niyyəti dəyişərək sünnədən fərzə keçmək olarmı?
Sual:
Əssəlamu Aleykum. 11 yaşlı qardaşım zöhürdən əvvəl sünnət qılmaq niyyətiylə namaza girib və 2-ci rükətdən sonra niyyətini dəyişib zöhr namazına və 4 rükət olmaqla namazı tamamlayıb. Daha sonra isə 2 rükət sünnət qılıb. Zöhür namazını qəza etməlidir yoxsa nə etməlidir? Təxmini 10-15 gün arası olar... Allah elminizə bərəkət versin! Salam Aleykum va Rahmətullahi va Bərəkətuh.
Cavab:
Və aleykumus-Sələm və rahmətullah və bərakətuhu. Namaz əsnasında niyyəti dəyişərək sünnədən fərzə keçmək olmaz. Kim belə edərsə, namazı batil olar və namazı yenidən qılmalıdır. Lakin, qeyd etdiyiniz kimi üzərindən uzun bir müddət (2-3 gün və daha çox) keçərsə, həmin namazı yenidən qılmağa ehtiyac yoxdur. Tövbə etmək kifayətdir. Ancaq dediyiniz kimi qardaşınızın 11 yaşı olduğu üçün o hələ həddi-büluğa çatmamış uşaq sayılır. Həddi-büluğa çatmamış uşağa da etdiyi xətalara görə günah yazılmır. Ömər ibn əl-Xattab rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...". (Sunən Əbu Davud, "Hudud", 17 - 12/50, №: 4391; İrva əl-Ğalil, 2/4, №: 297). Daha ətraflı: