Namaz qılarkən niyyəti dəyişərək başqa namaza keçmək olarmı?

    12.05.2017
Kimdən: 
Nala
Sual: 
Salam Aleykum Allah sizden razi olsun sizin bu xeyirli emeliniz ucun hemise size duaciyam Size bir nece suslim var. 1 eyer boyunumda hec bir gusulum yoxdursa, yeni ele bele duś gebul etmek desdemazi evez ede bolermi? 2her hansisa zikir etdikde fikr yayinirsa o zikirleri yeniden tekrarlamaliyig?3 namaz gilarken , namazin icinde niyyeti deyise bileikmi ? ( meselen gece namazinda hiss edirsenki cox yorgunsan , onun niyetini deysib vitr namazi etmek )
Cavab: 
Və aleykum Salam.
1. Sərinlənmək və ya başqa səbəblə çimmək qüslu əvəz etmir. Daha ətraflı: Çimmək dəstəmazı əvəz edirmi?
2. Xeyr, zikrləri yenidən təkrarlamağa ehtiyac yoxdur, lakin fikrin yayınmaması və tədəbbür edərək (düşünərək) zikr etmək daha yaxşıdır. Uca Allah buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür­ (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran, 191).
"Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar!" (Sad, 29).
"Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?" (Muhəmməd, 24).
3. Hər bir namazdan ümumi (adsız) nafilə namaza niyyəti dəyişdirərək keçmək olar. Məsələn, duha namazını qılan insanın yadına düşsə ki, artıq bu namazı qılıb, niyyəti dəyişdirərək ümumi nafilə namazı qıla bilər. Amma namaz əsnasında niyyəti dəyişərək fərz (vacib) namaza və ya adı olan xüsusi nafilə namazına keçmək olmaz. Məsələn, zöhr namazının sünnətini qılan adamın yadına düşsə ki, sübh namazını qəzasını qılmalıdır, niyyəti dəyişərək qılması icazəli deyil. Bu məsələnin xüsusi dəlilləri yoxdur, alimlər "əməllər niyyətlərə görədir" hədisinə əsaslanaraq, ictihad əsasında bu fətvanı vermişlər. ("Məcmuu Fətəva", 12/Sual: 347).
Paylaş: