Şəffaf maye ifraz olunduqda alt paltarını dəyişmək lazımdırmı?
Sual:
Salam. Cinsiyyet orqanindan gelen rengsiz maye alt paltarina deyerse deyismek lazimdir?
Cavab:
Və aleykum Salam. Cinsiyyət orqanından çıxan şəffaf maye məzi adlanır və o, murdar hesab olunur. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) cinsiyyət üzvünün bu mayedən yuyulub təmizlənməsini əmr etmişdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, məndən tez-tez məzi axırdı. Amma mən qızına (Fatimənin atası, mənim də qaynatam olduğuna) görə Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşmağa utanırdım. Mən bu haqda soruşmağı Miqdad ibn əl-Əsvədə (Allah ondan razı olsun) tapşırdım. O, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşduqda bu cavabı aldı: "(Belə olduqda,) cinsiyyət üzvünü yusun, sonra dəstəmaz alsın!" (əl-Buxari, 132).
Paltarın məzidən təmizlənməsi haqda isə rəvayət edilir ki, Səhl ibn Huneyf (Allah ondan razı olsun) demişdir: "Mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: "Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim?" O dedi: "Paltarına bulaşdığını gördükdə bir ovuc su alıb onun üzərinə tökməyin kifayətdir". (İbn Məcəh, 506).
Paltara məzi bulaşdıqda, paltarın batan hissəsini yumaq və ya həmin yerə su çiləmək kifayətdir. Həmçinin oxuyun: